Əhməd Cavad Axundzadə 1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olub. Altı yaşında ikən atasını itirən Əhməd ilk təhsilini mollaxanada alır. Sonra ailələri Gəncəyə köçür. O, buradakı Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında təhsil alır. Seminariyanın müəllimləri uşaqlara yalnız dərs vermir, həm də onlarda milli vətənpərvərlik ruhu formalaşdırıblar. Onların arasında şair Hüseyn Cavid, ədəbiyyatşünas Abdulla Sur, Şeyxülislam Pişnamazzadə kimi dövrünün tanınmış simaları var idi. Əhməd tezliklə seminariya müəllimlərinin sevimli tələbələrindən birinə çevrilir. Hüseyn Cavidlə tez-tez ünsiyyətdə olması və onun şeirlərini dinləməsi Əhmədi də yazmağa ruhlandırır. O, ilk şeirlərini də məhz seminariyada oxuyarkən qələmə alır. Bundan əlavə, müəllimlərinin milli-mənəvi ruhlu söhbətlərini dinləməsi, türk xalqlarının düşdüyü vəziyyət, gələcəyi barədə seminariyada gedən söhbətlər Əhməd Cavadın gələcək həyat yolunun müəyyən edilməsində, onun bütün varlığı ilə milli istiqlal yolunda mücadiləyə başlamasında böyük rol oynayır.
Əhməd seminariyada ərəb, fars, rus dillərini mükəmməl öyrənir. 1912-ci ildə təhsilini bitirərək müəllimlik şəhadətnaməsi alan Əhməd Cavad əmək fəaliyyətinə başlayır. Yaradıcılığa lirik şeirlərlə qədəm qoyan gənc şairin əsərləri 1913-cü ildən çap olunmağa başlayır. "Qoşma" adlı ilk şeirlər kitabı isə üç il sonra, 1916-cı ildə çapdan çıxır.
Bunlar işığa can atan, fəqət taleyi qaranlıqdan keçən Əhməd Cavadın həyatının başlanğıcıdır. O, yüksək istedada malik, vətənini, xalqını bütün qəlbi ilə sevən bir türk oğlu idi. Odur ki, əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət onu ciddi narahat edir. Şair və pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan "Qafqaz könüllü hissəsi" sıralarına qatılır. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi gedişində Türkiyənin şərq cəbhəsindəki döyüşləri Sarıqamış uğursuzluğu ilə nəticələnir. Ölkənin rus ordusunun işğalı altında olan Qars və Ərzurum əhalisi rus və erməni dəstələri tərəfindən qırğına məruz qalır. Bakıda yerləşən "Azərbaycan xeyriyyə cəmiyyəti" Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım edir. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışır. Qardaş xalqın ağır günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə "Nə gördümsə" şeirində dilə gətirir:
Ərməğanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim, gördüm dost elində
Nə bir səs var, nə bir layla.
Əhməd Cavad bu tarixi şeiri 1915-ci il martın 22-də yazır. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad "Qara dəniz" şeirini yazıb və böyük ümidlərlə yaşayıb. "Qara dəniz" şeirinin son bəndi belə bitir:
Dost elindən əsən yellər
Mənə şeir... salam söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına.
Əhməd Cavadın "Çırpınırdın, Qara dəniz" şeirinin sözlərinə yazılmış mahnı (musiqisi Üzeyir Hacıbəylinindir) bütün türk dünyasının azadlıq və mübarizə himninin əks-sədasıdır.
Birinci Dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffəqiyyət qazanır. 1918-ci ildə türk ordusu qardaş Azərbaycanın istiqlalına köməyə gəlir. Azərbaycan və türk birlikləri Bakını erməni-rus işğalından azad edir. Əhməd Cavad azərbaycanlı və türk əsgər yoldaşları ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur. Bu döyüş meydanında Əhməd Cavadın yazdığı "Bismillah" şeiri milli həyəcana malik olan dəyərli lirik əsərlərindən biridir:
Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah.
O Xan sarayında çiçəkli bir qız,
Bəkliyor bizləri zəfər, Bismillah.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlaq səhifəsi kimi sevinclə qarşılayan Əhməd Cavad 1919-cu ildə müstəqil dövlətimizin himnini - "Azərbaycan marşı"nı yazır. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeir də onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir:
Türküstan elləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın sana, bayrağım!..
Azərbaycan milli-azadlıq mücadiləsinin öndəri və Şərqdə qurulan ilk demokratik cümhuriyyətin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə yazırdı: "O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi".
1919-cu ildə Əhməd Cavadın "Dalğa" adlı şeir kitabı nəşr olunur.
1920-ci ildə cümhuriyyətin süqutundan sonra şair Qusarın Xuluq kəndinə köçərək müəllimlik edir.
Əhməd Cavad 1922-ci ildə Bakıda Pedaqoji Ali Məktəbə daxil olur. "Maarif və mədəniyyət" jurnalında işləyə-işləyə Ali Pedaqoji İnstitutu bitirən Əhməd Cavadın sonrakı pedaqoji fəaliyyəti ali məktəblərlə bağlı olub. Bir müddət Azərbaycan Politexnik İnstitutunda, Kənd Təsərrüfatı İnstitutunda (Gəncə) dərs deyib, rus dili üzrə Azərbaycanın ilk professorlarından biri olub.
Əhməd Cavadın məşhur "İstiqlal uğrunda şeirlər" kitabı 1928-ci ildə İstanbulda işıq üzü görür və bununla da həmin dövrdə mətbuatda Əhməd Cavadın əleyhinə hücumlar başlayır.
1935-ci ildə Gəncədən Bakıya qayıdan Əhməd Cavad "Azərnəşr"də fəaliyyətini davam etdirir. Ona qarşı hücumlar burada da səngimək bilmir. Xüsusilə də Yazıçılar İttifaqının plenumlarında şairi kəskin tənqid edirlər. Əhməd Cavad bütün bu zərbələrə mərdliklə dözür, əleyhdarlarının adi ədəbi faktlara kəskin siyasi don geydirmələrinə təmkin göstərirdi. Hücumlar isə öz nəticəsini verir.
1937-ci il. Dövrün qara yelləri başlayır. Mətbuat səhifələrində Əhməd Cavada qarşı mənhus iftira kampaniyası gedərək genişlənir. 1937-ci ilin 3 iyununda Əhməd Cavadı Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar. Beş gün sonra isə həbs edirlər. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana "xalq düşməni" damğası vurulur. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükriyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə edirlər.
Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.
Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabları çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görür.
Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib