
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu Mikayıl Müşfiqin yaradıcılığına müraciət edib.
Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan oIub. Uşaq ikən valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb.Azərbaycan poeziyasının inkişafında böyük rol oynayan şairlərdən biridir.Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilib. Mikayıl Müşfiq Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb.
Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlib.Həyatını, taleyini şeirə bağlayıb və ömrünün sonuna kimi ondan ayrılmayıb. O, poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlayıb və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış edib. 1930-cu ildə şairin ilk “Küləklər” adlı şeir kitabı işıq üzü görüb.1932-ci il Müşfiqin həyatında məhsuldar il olmuş, "Günün səsləri", "Vuruşmalar", "Pambıq”, "Buruqlar arasında" kitabları, daha sonra bir-birinin ardınca "Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı", "Buruq adamı" əsərləri nəşr olunub. Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayıraraq, bir-birindən gözəl əsərlər yaradıb. "Şəngül, Şüngül, Məngül", "Kəndli və ilan" mənzum nağılları, "Vuruşmalar", "Qaya" poemaları, "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün" və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırıb. Mikayıl Müşfiq yaradıcılığında bədii tərcümə fəaliyyəti də xüsusi yer tutub.1930-1937-ci illərdə onun tərcümə etdiyi Aleksandr Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birgə), Taras Şevçenkonun "Kobzar" (Əhməd Cavadla birgə), Yegişe Çarensin "Şeirlər", Samuil Marşakın "Huşsuza bax, huşsuza", Mirzə Fətəli Axundovun "A.S.Puşkinin ölümünə Şərq poeması" əsərləri nəşr edilib. Bundan əlavə Mikayıl Müşfiq Mixail Lermontovun "Demon" poemasını (Rəsul Rza ilə birgə), "Qafqaz" (Mikayıl Rəfili ilə birgə), "Şairin ölümünə", "Tənha yelkən ağarı" şeirlərini, A.S.Puşkinin "Yevgeni Onegin" mənzum romanından "Tatyananın Onegenə məktubu"nu (R.Rza ilə birgə), "Poltava" əsərindən bir parçanı, "Dustaq" şeirini, Ömər Xəyyamın rübailərinin çox hissəsini, Firdovsinin "Şahnamə"sindən bəzi parçaları (Mirmehdi Seyidzadə ilə birgə) tərcümə edib, oxucuların rəğbətini qazanıb. 1937-ci ildə çapa hazırladığı "Çağlayan" kitabına şair 11 illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən "Səhər", "Azadlıq dastanı", "Sındırılan saz", "Əbədiyyət nəğməsi", "Şeirim", "Yenə o bağ olaydı", "Duyğu yarpaqları", "Tərtərhes nəğmələri", "Mingəçevir həsrəti" və digər şeir və poemalarını daxil edib. Mikayıl Müşfiqin Azərbaycan poeziyasının nadir incilərindən sayılan "Oxu, tar, oxu tar", "Qal, sənə qurban", "Sənin gülüşlərin", "Maralım", "Ana", "Küləklər", "Yenə o bağ olaydı" və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanan sənət əsərləridir.
Materialla aşağıdakı keçiddən tanış ola bilərsiniz:
https://www.instagram.com/tv/Cea1irsjTr3/?igshid=MDJmNzVkMjY=
- 15:50 “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin keşiyində” adlı dəyirmi masa keçirilib
- 15:06 Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb
- 14:04 Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub
- 12:41 Kino Agentliyində növbəti görüş
- 12:05 Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasından 90 il ötür
- 09:19 “MDB ölkələrinin Gənclər Düşərgəsi” çərçivəsində ustad dərsləri təşkil olunub
- 09:17 Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
- 12:18 Bu gün Xalq artisti Tofiq Tağızadənin vəfatından 27 il ötür
- 12:04 Azərbaycanlı operatorlar “Qızıl göz” festivalına dəvət olunub
- 12:01 Batuxan Baymenin “NOMADE BLACK & WHITE” sərgisi Bakıda açıldı
- 11:16 Bu gün dramaturq Seyfəddin Dağlının doğum günüdür
- 10:07 Yasamal rayon Heydər Əliyev Mərkəzini turistlər ziyarət ediblər
- 09:31 Laçın Şəhəri Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub
- 17:11 Laçında tanınmış rəssam Yusif Mirzənin “31 il sonra” adlı fərdi sərgisi açılıb
- 15:28 Milli Kitabxananın yeni sərgiləri
- 15:09 MEK “Humanizm və inkişaf missiyası” adlı ənənəvi kitab sərgisini təqdim edir
- 14:04 Laçında “Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası” mövzusunda panel müzakirə keçirilib
- 13:54 Qala Qoruğunda Xalq rəssamı Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi açılıb
- 10:25 Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür
- 09:44 Bu gün Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür
- 09:35 IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vurulub
- 09:33 Bu gün Laçın Şəhəri Günüdür
- 09:16 Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür
- 16:08 Azərbaycanlı tarzənin konserti Almaniyanın ARTE telekanalında nümayiş olunub
- 14:12 Gənclər Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə sərgi açılıb
- 11:48 “Azad torpaqlarda qadınların və uşaqların xoşbəxt gələcəyi” mövzusunda tədbir keçirilib
- 11:43 “Tıq-tıq xanımın sərgüzəştləri” adlı kukla tamaşası nümayiş olunub
- 11:40 Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür
- 09:28 Türkiyədə keçirilən “Kültür yolu” festivalında Azərbaycan təmsil olunub
- 09:24 Milli Kitabxanada Beynəlxalq Azərbaycan Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:23 Laçında MDB gəncləri bir araya gəlir!
- 10:37 “Musiqili Bakı” layihəsi çərçivəsində növbəti konsert keçirilib
- 15:35 Milli Kitabxanada Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə tədbir keçirilib
- 14:13 Yubilyar müəlliflər Milli Kitabxanada onlara həsr edilən sərgilərlə tanış olublar
- 10:02 Bu gün Əməkdar artist Aygün Bəylərin anadan olmasının 50 ili tamam olur
- 09:55 “Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafik göstərici çapdan çıxıb
- 15:48 Milli Kitabxanada akademik Bəkir Nəbiyevin 95 illiyinə həsr olunmuş sərgi açılıb
- 15:04 Bakı şəhərində bir sıra musiqi və incəsənət məktəblərinə yeni direktorlar və direktor müavinləri təyin olunub
- 11:46 Maestro Niyazinin xatirəsinə həsr olunan konsert keçirilib
- 11:43 Gənclər Kitabxanasında akademik Bəkir Nəbiyevin xatirəsi anılıb
- 10:49 Bakıda I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumu keçiriləcək
- 09:21 Maestro Niyazinin məzarı ziyarət olunub
- 12:30 Azərbaycanlı uşaqlar beynəlxalq incəsənət festivalından qələbə ilə qayıdıblar
- 09:31 Niyazinin doğum günündə möhtəşəm musiqi axşamı
- 09:27 Bu gün maestro Niyazinin anadan olmasının 113 ili tamam olur
- 09:23 Tanınmış şair Məmməd İsmayıl vəfat edib
- 09:21 Bu gün unudulmaz muğam ustası Xan Şuşinskinin doğum günüdür
- 16:02 Milli Xalça Muzeyində “Əsrlərin sədasında xalça sehri” adlı sərgi açılacaq
- 14:30 Azərbaycanlı azyaşlı rəssamın əl işi Koreyada keçirilən sərgidə təltif olunub
- 12:21 Trabzonda TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilir
- 10:19 Müəllimlərin peşəkar inkişafı üçün təlimlərin ikinci mərhələsinə start verildi
- 09:18 Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür
- 15:15 Gənclər Kitabxanasında Şıxəli Qurbanovun 100 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 14:16 Şimali Makedoniyada gənc şair Fərid Hüseynin kitabının təqdimatı olub
- 14:14 Bakı dünya kino mütəxəssislərini bir araya gətirəcək
- 09:46 Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin növbəti uğuru
- 09:31 “TRT TÜRKÜ” radiosunda Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan veriliş yayımlanıb
- 09:22 Azərbaycan Budapeştdə keçirilən 39-cu Beynəlxalq Xalq Yaradıcılığı Festivalında təmsil olunur
- 14:02 İğdırda Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradılıb
- 09:20 Milli Kitabxanada keçirilən tədbirlər CENL-in rəsmi saytında