
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə olub.
Nazirlikdən AZƏRTACA-a bildirilib ki, səfər Azərbaycan Respublikasının Albaniyadakı səfirinin dəstəyi ilə həyata keçirilib.
Səfərin əsas məqsədi Azərbaycan ilə Albaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi, gələcək əməkdaşlıq perspektivlərinin dərinləşdirilməsi və Azərbaycan mədəniyyətinin Albaniyada daha geniş tanıdılması baxımından müzakirələrin aparılmasıdır.
Səfər çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri xanım Elva Marqariti, nazir müavini xanım Meri Kumbe, Avropa və xarici işlər nazirinin müavini xanım Artemis Malo və Tirana şəhərinin Bələdiyyə başçısının müavini Keti Luarasi ilə görüşlər keçirib.
Görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin xüsusi əhəmiyyəti və xalqlarımız arasında dəyərlərimizin oxşarlığı vurğulanıb, eyni zamanda hər iki tərəf mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Nazirin birinci müavini Elnur Əliyev Azərbaycanın mədəniyyətinin tarixi və ölkəmizin müasir dövrdə mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi və bu kontekstə Ulu Öndərin Azərbaycan mədəniyyətinin inkişafında xüsusi rolunu qeyd edib.
Bununla yanaşı, Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarının 2020-ci ildə azad edilməsi, həmin ərazilərdə vandalizmə məruz qalmış tarixi-mədəniyyət abidələrimizin vəziyyəti, 44 günlük Vətən müharibəsi ilə nəticələn Böyük Zəfərdən sonra orada aparılan bərpa və yenidənqurma işləri, o cümlədən infrastrukturun bərpası, beynəlxalq hava limanlarının açılışı, Azərbaycanda mədəni irsin bərpası haqqında geniş məlumat verilib.
Eyni zamanda, qarşı tərəfin təşəbbüsü əsasında Albaniyada Azərbaycan mədəniyyət həftəsinin keçirilməsinin təfərrüatları müzakirə edilib.
Bildirilib ki, iki ölkənin mədəniyyət müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması baxımından bu tədbir xüsusi önəm daşıyacaq. Azərbaycan həftəsi çərçivəsində ölkəmizin mədəni dəyərlərini özündə əks etdirən konsert, sərgi və tədbirlərin təşkili, Azərbaycan filmlərinin nümayişi və digər müxtəlif mədəni proqramların təqdim olunması nəzərdə tutulur.
Görüşlərdə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu haqında məlumat verilmiş və Albaniya tərəfinin tədbirdə iştirakının vacibliyi vurğulanıb.
Səfər müddətində Albaniyanın Milli Tarix Muzeyi, Milli Kitabxanası, Milli Opera Teatrı və Milli Film Mərkəzinin rəhbərləri ilə görüşlər keçirilib və həmin müəssisələrin fəaliyyəti ilə yerində tanışlıq olunub. Mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüşlərdə Azərbaycan mədəniyyətinin Albaniya ictimaiyyətinə təqdim edilməsi məqsədilə fikir mübadiləsi və ölkəmizin müvafiq tərəfmüqabili ilə birbaşa əməkdaşlıq perspektivlərin qurulmasına dair müzakirələr aparılmış, habelə bır sıra birgə layihələr müəyyənləşdirilib.
Günün sonunda nazirin birinci müavini Elnur Əliyev “Euronews Albaniya”ya Azərbaycan və Albaniya arasında sıx münasibətlər, o cümlədən mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, 30 illik işğal altında saxlanılan torpaqlarımızın azad olunması, həmin ərazilərdə törədilən vandalizm aktları, orada aparılan bərpa və quruculuq işləri, Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı olması və orada keçirilən müxtəlif mədəni tədbirlərin əhəmiyyəti, habelə 2023-cü ildə Albaniyada keçiriləcək Azərbaycanın Mədəniyyət həftəsi haqqında geniş müsahibə verib.

- 19:03 28 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 16:47 “Müstəqillik - qürur tarixidir” mövzusunda tədbir keçirilib
- 16:30 “28 May-Şanlı tariximiz” adlı mühazirə keçirilib
- 16:03 “Vətənlə döyünən ürək” adlı tədbir keçirilib
- 15:53 “Mən, Lalə, bir də Şerlok Holms” serialının yaradıcı və aktyor heyəti ilə görüş keçirilib
- 15:28 Kitabxana 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib
- 14:33 “Barokko musiqisi” adlı tədbir keçirilib
- 14:13 Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edilib
- 12:21 Azərbaycan nümayəndə heyəti Çexov adına Beynəlxalq Teatr Festivalında fəxri qonaq olub
- 12:03 37 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:14 Müstəqillik Gününə həsr olunmuş konfrans-ekskursiya
- 09:51 Azərbaycan Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim edilib
- 09:14 Tacikistan və Özbəkistanın mədəniyyət xadimləri birgə opera üzərində işə başlayıblar
- 16:15 “Azərbaycanım” beynəlxalq rəsm festivalı təşkil olunub
- 14:28 “Şanlı tariximiz – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 14:25 TRT radiosunda 28 May - Müstəqillik Gününə həsr olunan proqram yayımlanıb
- 12:30 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edib
- 12:14 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin sinif konserti keçirilib
- 12:07 Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə “Kitab həftəsi”ndə iştirak edib
- 12:05 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
- 11:56 “Azərbaycan rəssamlığında Toğrul Nərimanbəyovun yeri və önəmi” adlı mühazirə keçiriləcək
- 10:31 Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 111 ili tamam olur
- 09:50 “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi Ankarada!
- 09:23 Praqada Azərbaycan mədəniyyəti axşamı formatında növbəti sərgi açılıb
- 09:19 Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 17:09 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir
- 16:40 “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub
- 15:26 Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir
- 12:42 Tanınmış şair Vaqif Bəhmənliyə həsr olunmuş elektron məlumat baza hazırlanıb
- 12:08 Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi hesabat konserti keçirib
- 12:02 Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 11:30 Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi davam edir
- 11:17 Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 09:23 Moskvada “İRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:14 Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub
- 17:15 Niderlandda “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb
- 15:02 Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində uğurla təqdim olunub
- 14:25 “Ulduz”lu may
- 12:05 Milli Kitabxanada “Professor Nizami Tağısoy” adlı kitab sərgisi açılıb
- 11:40 36 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:19 Bu gün Xalq Artisti Aqşin Əlizadənin anadan olmasının 88 ili tamam olur
- 10:15 Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 107 ili tamam olur
- 10:07 "Qara Qarayevin işığında" adlı konsert keçirilib
- 09:43 33 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:19 Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti keçirilib
- 09:15 Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
- 17:08 Tacikistan Milli Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 17:07 “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 15:29 Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin kitablarının təqdimatı olacaq
- 15:18 Azərbaycan Astanada keçirilən forumda muzey eksponatlarının konservasiyası təcrübəsini bölüşür
- 14:20 Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
- 13:10 24 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 12:09 Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb
- 11:35 Milli Kitabxanada tanınmış şair Vaqif Bəhmənlinin 70 illik yubileyi münasibətilə kitab sərgisi açılıb
- 11:32 “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlimlər davam edir
- 09:26 Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlaqədar konsert təşkil edilib
- 09:20 Özbəkistan universitetində Seyid Əzim Şirvani adına auditoriya açılıb
- 09:17 Amasyada Türkiyə türkcəsinə çevrilmiş Azərbaycan xalq nağıllarının təqdimatı olub
- 16:56 “Hüquqi dövlət, suveren ölkə” adlı dəyirmi masa keçirilib
- 16:29 Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir