XƏBƏRLƏR
MƏLUMAT
Kitabxananın “Hər günə bir şeir” layihəsi çərçivəsində Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri səsləndirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2020 01:49

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının "Hər günə bir şeir" layihəsinə qoşulan İncəsənət Gimnaziyasının müəllimi Pərvanə Talıbova Ramiz Rövşənin "Qara paltarlı qadın" şeirini səsləndirib.

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnalının studiyasında redaktor (1971), kinostudiyanın ssenari-redaksiya heyətindəredaktor (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992-2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.

2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb.

Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahibidir (2019).

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 may tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adına layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

Videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiniz:

https://www.instagram.com/tv/CEm4oSvhpPw/?igshid=r40gfjewjhjg

https://m.facebook.com/story.php?story_fbid=1903022309849999&id=100004267441394

 

Baxış sayı: 220