XƏBƏRLƏR
MƏLUMAT
Kağız haqqında nə bilirik? – sualın cavabı videoçarxda
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2021 02:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Günay Eyvazova kağızın kəşfi haqqında videoçarx hazırlayıb.

Kağız miladdan sonra 105-ci ildə çinli Tsay Lun tərəfindən ixtira edilib. Çinlilər bu ixtiranın sirrini uzun müddət gizli saxlayıblar.

751-ci ildə Tyan-Şan dağları ətəyində ərəb ordusu ilə Çin ordusu qarşılaşıb. Bu döyüşdə ərəblər bir neçə çinli kağız sənətkarını əsir götürüblər və onlardan kağız emalının sirrini öyrəniblər. Daha sonra Səmərqənddə kağız fabriki tikdiriblər. Uzun müddət Səmərqənd kağızı dünyada ən keyfiyyətli kağız sayılıb.

Avropa xalqları arasında kağız istehsalını ilk olaraq ispanlar mənimsəyiblər. İtaliyada kağız istehsalına 1154-cü ildə, Almaniyada 1228-ci ildə, İngiltərədə 1309-cu ildə başlanıb.

Azərbaycanda kağız istehsalına Avropadan xeyli qabaq başlanıb. IX əsrin sonunda Xunəc şəhərində kağız fabriki fəaliyyət göstərib.Sonralar bu şəhər Kağızkunan adlandırılıb. Böyük mütəfəkkir Fəzlullah Rəşidəddin də Təbriz yaxınlığında kağız fabriki tikdirib.

Müasir dövrə qədər insanlar yazı üçün kağızdan əlverişli material düşünməyiblər, buna görə Tsay Lunun adı haqlı olaraq dünyanın böyük ixtiraçılarının adı ilə bir sırada çəkilir.

Videoçarxa aşağıdakı keçiddən baxa bilərsiniz:

https://www.facebook.com/100007549111926/videos/2792507054344238/

https://www.instagram.com/tv/CQA2CF5hWJm/?utm_source=ig_web_copy_link

Baxış sayı: 636