XƏBƏRLƏR
MƏLUMAT
Hədik
ÜMÜMİ XƏBƏRLƏR
31/08/2020 01:54

Hədik, mərasim və mövsümi səciyyəli milli yemək növüdür. Adətən uşaq ilk dişini çıxardıqda bişirilir və qonum-qonşuya paylanır. Məhərrəmlik zamanı (Aşura günü), həmçinin payız və qış aylarında çərəz məqsədi ilə də bişirilir.

Lazım olan ərzaqlar:

1 stəkan buğda

1 stəkan qarğıdalı 

1 stəkan Aş lobyası (qaragöz) 

1 stəkan qırmızı lobya 

1 stəkan mərci 

1 stəkan noxud 

1 stəkan lərgə 

Hazırlanması:

Əvvəlcə bütün ərzaqlar isladılır. Sonra buğda və qarğıdalını qazana töküb, suda bişirirlər. Eyni vaxtda başqa kiçik qazanda noxud bişirilir. Buğda bişib açıldıqdan sonra qazana aş lobyası, noxud (yarıbişmiş), lərgə, mərci, qırmızı lobya da əlavə edilir. Bütün paxlalıların tam bişməsini gözləyin. Duzu zövqə görə əlavə edə bilərsiniz.

Baxış sayı: 1117