Fikrin, düşüncənin bədii ifadəsi sənətkardan yalnız peşəkarlıq tələb etmir, bu həm də fitri istedada söykənir. İncəsənətin elə bir sahəsi yoxdur ki, orada kamil sənətkarlığa aparan yol fitri istedaddan keçməsin. Ona görə də böyük sənətkarlar deyiblər ki, hətta bu yolda istedad da azdır, gərək onu almaz kimi cilalayasan...
Dünyanın tanıdığı heykəltəraş
Belə sənətkarlardan biri də Xalq rəssamı, professor, heykəltəraş Fuad Salayevdir. Dünyanın tanıdığı bu sənətkarın əsərləri doğma Bakısında da heyranlıq yaradır...
Fuad Məmmədəmin oğlu Salayev 1943-cü ilin sentyabrında ziyalı, milli adət-ənənələrin hörmətlə qorunduğu bir bakılı ailəsində dünyaya göz açıb. O, 1964-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib.
Heydər Əliyevin üç abidəsinin müəllifi
1975-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilən Fuad Salayev ümummilli lider Heydər Əliyevin üç abidəsinin müəllifidir. Bəstəkar Qara Qarayevin, akademik Yusif Məmmədəliyevin xatirə lövhələri, akademik Azad Mirzəcanzadənin tuncdan, AMEA-nın müxbir üzvü Aqil Əliyevin mərmərdən olan məzar daşları da Fuad Salayevin yaradıcılıq məhsullarındandır.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun heykəltəraşlıq kafedrasında 1982-ci ildən pedaqoji fəaliyyətə başlayan, Əməkdar incəsənət xadimi, tanınmış heykəltəraş, Xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev Almaniya və Yuqoslaviyada, eləcə də ölkəmizdə müxtəlif vaxtlarda keçirilən heykəltəraşlıq üzrə beynəlxalq simpoziumların və sərgilərin içtirakçısı olub. Əsərləri ABŞ, Rusiya, Kanada, İngiltərə, Fransa, İtaliya, Almaniya, Avstriya, Türkiyə və Yaponiyada muzey, fond, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Ustad sənətkar əsasən bürünc üzərində işləyir, həmçinin digər materiallardan da istifadə edir.
Dəmir leyləklər, yaxud "Fəza kompozisiyası”
Cəlal Qaryağdı kimi görkəmli heykəltəraşın yetirməsi olan Fuad Salayev hələ 1962-ci ildə keçirilən "Məişətdə sənət” adlı respublika sərgisində "Leyləklər”i ilə iştirak edib. Moskvada təhsilini bitirdikdən sonra məhsuldar yaradıcılıq yolu keçən sənətkarın ən gözəl əsərlərindən biri də 1972-ci ildə hazırladığı M.Muxtarovun şəhərkənarı bağında görkəmli rus şairi S.Yeseninin xatirə lövhəsi olub.
Rəssamın "Simvol ilə maili qüllə” (bürünc), "Şaquli”(bürünc), "Fəza kompozisiyası” (bürünc) işləri sərgi ekspozisiyalarında öz tamaşaçılarını heyran qoyan əsərlərindəndir. O, 2013-cü ildə Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.
Məşhur rəssam-heykəltəraş, professor Fuad Salayevin əl və düşüncəsinin məhsulu olan əsərləri "012 Baku Public Art” festivalı çərçivəsində Fəvvarələr meydanının yaxınlığında, H.Z.Tağıyev küçəsində sərgilənib. Metaldan hazırlanmış və əsasən şəbəkəli fiqurdan ibarət əsərlərində heykəltəraşlıq kompozisiyası özü-özlüyündə bir neçə oxunma səviyyəsini təklif edir. Dinamika və formal əlamətlərinə görə əsər yüksəkliklərə can atan təsiri bağışlayır ki, bu da Yer səthindən qopmağa çalışanların nəfəsi, havası, yüksəliş istiqaməti ilə əlaqəli ola bilər.
Dəmir konstruksiyaların rəqsi
Qeyd etmək lazımdır ki, sözügedən işin ideyası müəllifin ağlına Bakıdan çox da uzaq olmayan Lökbatanda yerləşən palçıq vulkanlarını müşahidə edən zaman gəlib. Püskürən vulkanların özü torpağın canlı nəfəsini xatırladır. Lakin işin gedişatı zamanı heykəltəraşlıq kompozisiyası əlavə assosiativ məna kəsb etməyə başlayıb. Müəllif özü deyir ki, əsərin çevrəsi rəqsi xatırlada bilər. Dəmir konstruksiyaların rəqsi özü-özlüyündə paradoksdur. Axı, rəqs canlı varlığa xasdır, dəmir isə ağırdır, yöndəmsizdir, o, aşağı çəkir. Bundan əlavə, kompozisiyanın əhəmiyyətli xüsusiyyəti onun interaktivliyidir - iş elə yerinə yetirilib ki, tamaşaçılar onun daxilində mövcud olan kompozisiyanı seyr etməklə onu yalnız "xaricdən deyil, həm də daxildən "oxuya” bilməlidirlər. Əsərə baxış bucağından asılı olaraq, assosiasiya da dəyişir. Lakin bunlarla yanaşı, kompozisiyanın "optik” yüksələn vektoru əhəmiyyət kəsb edir - hansı tərəfdən yanaşmaqdan asılı olmayaraq, tamaşaçının nəzəri yuxarı yönələrək və heykəltəraşlıq əsərinin dinamik formaları sayəsində yüksələn nöqtəyə cəlb edilir...
Sənət əsəri o zaman sənətkara şöhrət gətirir ki, o, istedadını zəhməti ilə cilalamış olsun, - bunu da bədii yaradıcılığı ilə çoxsaylı tamaşaçılarının zövqünü oxşayan rəssam-heykəltəraş, bu sahədə peşəkarların müəllimi, professor Fuad Salayev söyləyir.
Məhəmməd Nərimanoğlu
Azərbaycan.- 2019.- 18 yanvar.- S. 7.
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib