Pablo Pikasso 25 oktyabr 1881-ci ildə Malaqada dünyaya gəlib. Birinci adı Pablo, digər adı isə Ruiz Pikasso olub. Bir müddət sonra atasının soyadı Don Xose Ruiz yerinə anasının soyadı Pikassonu istifadə etməyə başlayıb. Atası yerli rəsm məktəbində müəllim olub. Atası oğlunda olan bacarığı görüb onu rəssam olaraq yetişdirməyə başlayıb.
Pikassonun 2 kiçik bacısı olub: Lola və Konçita. Konçita 8 yaşında difteriyadan vəfat edib. Həmin vaxt 14 yaşında olan Pikassonun bacısının ölümündən nə qədər təsirləndiyini bilmirik. Ancaq bundan sonra xəstə insanların yanında durmağa dözə bilmədiyi məlumdur.
Pikasso ilk akademik əsərini 15 yaşında çəkib. Əsər Milli İncəsənət sərgisində yüksək dəyərləndirilib və Malaqa şəhərindəki bir müsabiqədə qızıl medal qazanıb. Rəsmdə xəstə qadının nəbzini tutan həkim Pikassonun atasını xatırladır.
Pikasso dostu Kasegemas ilə Parisə köçüb. Kasegemasın intiharı Pikassonu dərindən sarsıdıb və bu rəsmlərində də əks olunub. 1901-ci ildən 1904-cü ilə qədər mavi rəngin hakim olduğu şəkillər çəkib. Bu dövr onun yaradıcılığında “Mavi dövr” adlandırılır. Əsərdəki fiqurların kim olduğunu və niyə sahildə toplaşdıqlarını bilməsək də, bu rəsmin çəkiliş tərzi və mavinin hakim olması Pikassonun rəsmi dostunun ölümündən sonra çəkdiyini göstərir.
Pikasso yaradıcılığının 1904-cü ildən 1905-ə qədərki dövrü “Çəhrayı dövr” və ya “Sirk dövrü” adlandırılır. Bu dövrdə mavi rəng çəhrayıya çevrilib və klounların, sirk işçilərinin, akrobatların şəkillərini çəkməyə başlayıb. Bu əsərdə olan obrazlara insanların gözündəki əyləndirici rolları ilə ziddiyyət təşkil edən ciddi görüntü hakimdir. Bu dövrdə çəkdiyi digər rəsmlərdə olduğu kimi qrupun nəyi təmsil etdiyini bilmirik, amma klounun əlini tutan və əlində bir səbət gül olan kiçik qızın varlığı diqqəti cəlb edir. Təsvir olunan qız Pikassonun itirdiyi bacısı ilə təxminən eyni yaşda olmalıdır.
Bəziləri kök klounun Pikassonun dostlarından Apollinairenin, oturan qadının isə o dövrdə sevgilisi Fernanda Olivyenin təsviri olduğunu irəli sürür.
Pikasso 1906-cı ildən etibarən incəsənət aləmində diqqəti cəlb etməyə başlayıb. 1907-ci ilin yaz və yay ayları boyunca qərb rəsm sənətinə, hardasa, 500 ildir hakim olan bədii ənənəni yıxacağını düşündüyü bir əsər üzərində çalışıb. Bu əsərə əvvəlcə Le Bordel adını verib, amma əsər sonradan “Les Demoiselles Avignon” (Avinyonlu qızlar) adıyla tanınıb.
Pikasso XX əsrdə yaranan kubizm cərəyanının banisi, bu əsər isə onun başlanğıcıdır. Pikasso ən böyük əsəri üçün saysız-hesabsız eskizlər çəkib. Əsərin ilkin halında dənizçi və tələbəylə birlikdə qadın görünüb. Pikasso rəsm üzərində işlədikcə rəsmin görünüşü də dəyişməyə başlayıb. Tələbə və dənizçinin yerini daha çox qadın əvəz etməyə başlayıb. Əsərdə kəskin şəkildə arxadan görünən fiqurlar, künclü və uyğunsuz kompozisiya diqqəti cəlb edib. Ənənəvi rəsmlərdən çox fərqli olduğu olduqca barizdir.
Pikasso 1916-cı ildə rus generalın qızı Olqa Xoxlova ilə evlənir. 1921-ci ildə oğlu Paulo dünyaya gəlir.
1927-ci ildə Mariya-Tereza Valter adlı 17 yaşlı qız ilə tanış olub. Pikasso evli olduğundan aralarındakı münasibət gizli davam edib. 1935-ci ildə həyat yoldaşı Olqadan ayrılıb. Mariya ilə münasibətindən 1935-ci ildə Maya Vidmayer adını verdiyi bir qızı olub.
1936-cı ildə bir dostu vasitəsilə Dora Maar ilə tanış olub. Pikasso portretlərinin birini Mariya Terezanın şəklini çəkdiyi zamanlarda çəkib.
1936-cı ildə İspaniyada vətəndaş müharibəsi baş verib. Pikasso hadisələri eşidəndə adını “Gernika” qoyduğu əsər üzərində çalışıb və deyib: “İspaniyadakı müharibə xalqa və azadlığa qarşı müharibədir. Bir rəssam kimi cəhalət və incəsənətin ölümünə qarşı mübarizə apardım. Hazırda üzərində işlədiyim və Gernika adını verəcəyim bu əsərdə İspaniyanı səfalət və ölüm okeanına aparan hərbi sinfə qarşı hiss etdiyim qəzəbi göstərməyə çalışıram”.
Pikasso 1945-ci ildə özündən 40 yaş kiçik Fransua Gilot (Françoise Gilot) ilə münasibət qurmağa başlayıb. Cütlüyün 1957-ci ildə Klod adlı oğlu, 1949-cu ildə isə Paloma adlı qızı dünyaya gəlib. Münasibətləri 1953-cü ilə qədər davam edib.
1953-cü ildə Jakelin Rok (Jacqueline Roque) ilə tanış olub və 1961-ci ildə evləniblər.
“Mavi dövr”də çəkdiyi rəsmlərdən biri 1967-ci ildə sağ ikən bir rəssamın əsərinə verilən ən yüksək qiymətə, yəni 532.000 dollara satılıb.
Pablo Pikasso 8 aprel 1973-cü ildə 91 yaşında vəfat edib.

- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib