XƏBƏRLƏR
MƏLUMAT
Dahilərdən ibrətamiz kəlamlar
ÜMÜMİ XƏBƏRLƏR
15/07/2021 07:49

Yaşamaq! Bir ağac tək və azad və bir meşə tək qardaşcasına. -Nazım Hikmət

Bu həyatda ən dəyərli şey zamandır. Kimə hədiyyə etdiyinə diqqət et.-Özdəmir Asaf

Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.-Viktor Hüqo

Bizə gözün deyil, könlün gördüyü ürək gərək.-Mövlana

Böyük məhəbbət kiçik qığılcımlardan doğur.-Stendal

Dünən tarixdir, sabah müəmmadır, bu gün isə bir hədiyyədir.-Eleonora Ruzvelt

Zaman pula bənzəyir-lazımsız yerə xərcləməsən hər şeyə çatar.- Konfutsi

Heç vaxt uduzmadım. Ya qazandım, ya da öyrəndim.- Nelson Mandela

Təhsilin bahalı olduğunu fikirləşirsinizsə, bir də cəhalətin bədəlini fikirləşin.-Sokrat

Əvvəl biz vərdişlərimizi formalaşdırırıq. Sonra isə vərdişlərimiz bizi formalaşdırır.-Con Drayden

Üç cür insan vardır:

- Düşünüb sonra danışan.

- Danışıb sonra düşünən.

- Heç düşünmədən danışan.

Bax ən təhlükəli tip elə bu axırıncısıdır. - Anooshirvan  Miandji

Ən təhlükəli oğru vaxt oğrusudur.-C. Kolenso

Mən yalnız onu bilirəm ki, heç nə bilmirəm.-Sokrat 

Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılar. Ancaq biz bağlanan qapıya o qədər uzun baxarıq ki, bizim üçün açılmış olan yeni qapını görmərik.-Helen Keller

Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özü ilə daha yüz problem gətirər.-Uilyam Porter

Bir insanı niyə sevdiyiniz sualına cavab tapa bilmirsinizsə, onu həqiqətən sevirsiniz deməkdir.-Pol Oster

Könlü açıq olanların əlləri də açıq olur.-Cəlaləddin Rumi Bir sevgini anlamaq, bir həyat xərcləməkdir. Xərcləyəcəksən!- Özdəmir Asaf

Bir insanı tanımaq istəyirsənsə başqalarının onun haqqında dediklərinə yox, onun başqa insanlar haqqında nə dedikərinə fikir ver.-Vudi Allen Bu günün israfçısı sabahın dilənçisidir.-Sokrat

Heç səhv etməyən insan, heç bir şey etməyən insandır və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdır.-Yunus Əmrə 

Baxış sayı: 2352