1932-ci ildə Bakıda, ziyalı ailəsində bir oğlan uşağı dünyaya gəlir. Müəllim atası onun adını Çingiz qoyur, deyir ki, qoy adı kimi özü də cəsurluq, qəhrəmanlıq simvolu olsun. Uşaq ayaq tutub yeriyən kimi iki daşı bir-birinə vurub ondan çıxan səsə özü də oynayarmış. Sonra bu səs onu qane etmir, evdə vedrələr və onların arxasına kəfkir, çömçə ilə vurub çıxartdığı müxtəlif ritmlər onun özündə də, ətrafındakılarda da marağa səbəb olur. Axırda atası Çingizə bir zərb aləti alıb gətirir-qoşa nağara. Anası isə bunun əleyhinə çıxır, çünki ana yeganə oğul övladını həkim görmək istəyib.
1938-ci ildə ailəyə bədbəxtlik üz verir, Çingizin atası Xalq Təsərrüfatı İnstitutunun dekanı Həsənbala Mehdiyev həbs olunur və o vaxt bütün həbs olunanlar kimi güllələnir. Üç körpə uşaqla anası Zəkiyyə xanım Tiflisə qaçanda Çingizin altı yaşı olub. İkinci dünya müharibəsi başlanandan sonra Zəkiyyə xanım uşaqlarını da götürüb Bakıya qayıdır. Çingizdəki marağı görən ana babası Qulam bir gün əlindən tutub onu Üzeyir bəy Hacıbəylinin yanına aparır. Üzeyir bəy onu Bakı Musiqi Məktəbinin violonçel sinfinə götürür. Çingiz bu aləti sevmir, yalnız nağara çalmaq arzusu ona rahatlıq vermir. Orta məktəbi bitirəndən sonra isə anası onu Tibb İnstitutuna çəkib aparır. “Xalq düşməni”nin oğlunun sənədlərini belə o instituta götürməyiblər. Çingiz Bakı Musiqi Məktəbinin zərb alətləri sinfinə həm özünün arzusu, həm də zamanın yönəltməsi ilə qəbul olunub. Tədbirlərdə, gecələrdə onun nağara ifası artıq diqqət çəkməyə başlayıb. Məktəbi bitirib, buraxılış komissiyasının sədri Qara Qarayev Çingizin çalğısını çox bəyənib. Onu yanına çağırıb deyir: “Sənin həvəslə və temperamentlə ifan çox xoşuma gəldi. Güclü biləyin var, həvəsin varsa bizim konservatoriyada oxu, yaxşı ifaçı olarsan.” Çingiz arzusunun gerçəkləşməsinin həm çox yaxın, həm də çox uzaq olmasından təsirlənir və gözlərində yaş donur: “Çox istəyirəm, amma kimdir məni ora yaxın qoyan, həm orda çox imkanlı uşaqlar oxuyur, həm də mənim atam “xalq düşməni” sayılır.
Qara Qarayev deyir sən narahat olma, ver sənədlərini, sən orda oxuyacaqsan.
Konservatoriyada Həsən Rzayevin sinfində təhsil alır. Hələ tələbə ikən tələbə-gənclər arasında ümumdünya festivallarının üç dəfə qalibi olur.
Mayestro Niyazi Çingiz Mehdiyevin istedadına heyran idi. Onu “ritmlər aləmi” adlandırıb. Onlar həm də dost olublar. Orkestri öz sehrli çubuğu ilə müşayiət edən Niyazi bəzən Çingiz Mehdiyev coşanda çubuğunu saxlayıb özü onu dinləyib, yalnız Çingiz qurtarandan sonra Niyazi çubuğunu qaldırıb orkestri arxasınca aparmağa başlayıb. Çingizin toyunu da Niyazi, Xan Şuşunski, Bəhram Mansurov kimi böyük sənətkarlar ediblər. İllər keçir bir gün Çingiz Mehdiyevin yüzlərlə tələbələri sırasına onun öz oğlu da qoşulur. Ümumittifaq müsabiqələrə belə sənətkar öz oğlu ilə qoşulur.
Çingiz Mehdiyevin əlinə düşənə qədər nağara ikinci dərəcəli alət hesab olunub. Çingiz Mehdiyev sübut edib ki, nağarada gözəl solo parçalar çalmaq mümkündür.
Onun əllərinin içi ömür boyu daş kimi, özü də qabar-qabar olub. Bir dəfə ümumdünya festivalında bir yapon yaxınlaşıb Çingizin nağaraya çırpılan əlini əlinin içinə alıb baxır. Başını qaldırıb deyir ki, bu əl deyil, bizdə belə əllər yalnız karate ilə məşğul olanlarda ola bilər.
Çingiz Mehdiyev ilk dəfə “Tərəkəmə”ni, “Çəngi”ni, “Vağzalı”nı, “Yallını” bir-birinə bağlayıb ahəngdar şəkildə nağaranın ritmində əridib. Nağara Çingiz Mehdiyevin əlində zirvələrə ucalıb, ritm nə olduğunu onun nağarası musiqiyə anladıb.
1978-ci ildə bir gün Çingiz Mehdiyevi Qobustana dəvət edirlər ki, xarici qonaqlar gəlib onlarla görüşsün. Çingiz Mehdiyev də nağarasını da götürüb gedir. Öz xatirələrində bu barədə yazır: “Tarixi abidələrimizi tapmaqda əvəzsiz xidmətləri olan alim İsaq Cəfərzadə orda mənə Qobustan qayaları ilə bağlı rəvayət danışıb. Danışa-danışa əlindəki daşı qayalıqlara çırpıb. Gördüm ayrı-ayrı qayadan çıxan səslər maraqlı ritm yaradır. Bu danışırdı mən əlindəki daşı alıb qarşımdakı qaval daşda yavaş-yavaş vurmağa başladım. Bir, iki, üç fərqli ritmlər və ahəng yaranırdı. Özümdən asılı olmayaraq çalmağa qızışmışam, başa çatanda gördüm turistlər hamısı əhatəmizdə söhbəti yarımçıq qalmış İsaq müəllim isə şokda. Qobustan Qavaldaşı kompozisiyası belə yarandı. Sonradan Azərbaycan televiziyası həmin ifamı qızıl fond üçün yazdı.”
Ondan başqa Çingiz Mehdiyevin televiziyanın fondunda “Ekspress”, “Dünya xalqlarının ritmləri”, “Azərbaycan ritmləri” qorunub saxlanır. Onların bəzilərini oğlu Həsənlə bir yerdə ifa edib yazdırıb.
1990-cı ilin noyabrında ata-balanın ifası Türkiyədə festivalda bütün festival iştirakçılarını heyrətə salıb. Heç bir mükafat nəzərdə tutulmayan festivalda təşkilatçılar sonda müsabiqənin medalını təsis edib, onu Çingiz və Həsən Mehdiyevlərə verdilər.
O vaxt ona “Əməkdar artist” fəxri adı cəmi bir il idi verilmişdi.
1992-ci ilin yanvarında filarmoniyada onun 60 illik yubileyi keçirilib.
Çingiz Mehdiyev çox çəkmədən ürək tutmasından dünyasını dəyişir.
Ramilə Qurbanlı
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib