XƏBƏRLƏR
MƏLUMAT
Cemli və qozlu ləziz piroq resepti
ÜMÜMİ XƏBƏRLƏR
14/01/2022 00:32

Qoz tərkibindəki yağ turşularına görə yüksək kalorili qidalar kateqoriyasına aiddir. Buna baxmayaraq qozun orqanizm üçün bir xeyli faydaları var. Ürək və damarlardakı qan sisteminə kömək edir.

Aparılan araşdırmalara görə, gün ərzində 40 qrama qədər qoz yeməyin ürəyin işemik xəstəliyi riskinin qarşısını alır. Hətta həftədə 4 dəfədən çox qoz yeyənlərin ürək xəstəliyinə tutulma riski 37 faiz azaldığı bildirilir.

Həmçinin, qanda xolestirinin səviyyəsinin azaldılmasına, qan laxtalanmasına qarşı da faydalıdır. Beyin funksiyasını yaxşılaşdırır. Qoza bəzən “beyin qidası” da deyilir. Burada məsələ zahiri oxşarlıqda deyil. Müasir tədqiqatlar göstərib ki, qozun qida rasionuna əlavə edilməsi idrak funksiyasını və qısamüddətli yaddaş problemini yaxşılaşdırmaqla yanaşı, “Alzheimer” xəstəliyinin qarşısının alınması üçün də effektivdir.

İndi isə sizə ləziz dada malik qoz və cemli piroq reseptini təqdim edirik.

Lazım olan ərzaqlar

100 qram cem

 200 qram un

100 qram kərə yağı

1 yumurta (xəmirə qatmağa)

1 yumurta sarısı (piroqun üzərinə çəkmək üçün)

1 çay qaşığı qabartma tozu

duz

50 qram qoz

1 xörək qaşığı süd

80 qram şəkər tozu

Hazırlanması:

Un, şəkər tozu, kərə yağı, qabartma tozu və 1 yumurtanı yaxşı qarışdırıb yumşaq xəmir yoğururuq. Xəmiri 2 hissəyə bölürük. Xəmiri soyuducunun dondurucu hissəsində 20 dəqiq saxlayırıq.

Qozu quru tavada bir az qızardırıq, doğrayırıq. Xəmirin böyük hissəsini yayırıq. Xəmirin üzərinə cem qoyub, qoz səpirik.

Daha sonra xəmirin kiçik hissəsini yayıb, zolaqlar kəsirik, piroqun üzərinə şəbəkə şəklində qoyub, qıraqları bərkidirik.

1 x.q. süd, yumurta sarısı, 1 çimdik duzu yaxşı qarışdırıb, fırça ilə piroqun üzərinə çəkirik.

Sobanı qabaqcadan 180-dərəcədə qızdırıb, 30-40 dəqiqə bişiririk.

Nuş olsun!

Baxış sayı: 759