
Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi 1201-ci il 17 fevral tarixində Tus şəhərində anadan olub. Bəzi mənbələrdə qeyd edilib ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınıb.
İlk təhsilini atasından alıb. Sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınan alimlərinin - İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görüb. Aldığı hərtərəfli və dərin biliklər Tusini az bir vaxtda elmi mühitdə məşhurlaşdırıb. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edib.
Otuz yaşında ikən Nəsirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlayıb. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq, dağ zirvələrində yerləşən "Ələmut" ("Qartal yuvası") qalasına aparılıb. O, burada sürgün həyatı keçirib. Qəsrdən çıxmaq hüququ əlindən alınan Tusi ismaililərin yanında keçirtdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, bir neçə elmi əsər yaza bilib. Alim 1242-ci ildə tamamladığı məşhur "Şərhül - İşarat" (Əbu Əli Sinanın "İşarat" adlı fəlsəfi risaləsinə şərhlər) əsərinin sonunda yazır: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi".
1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları fətholunmaz sayılan "Ələmut" qalasını da tutur, Nəsirəddini və digər alim məhbusları azad edirlər. Nəsirəddin Hülaku xanın şəxsi məsləhətçisi təyin olunur. Öz dövrünün bir çox alimləri kimi, Nəsirəddin Tusi də elmin müxtəlif sahələrini dərindən mənimsəyib. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb,
fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunub. Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılan iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılıb. Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Cameül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutub. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salıb. Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir.
Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynayıb. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görüb. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynayan əsər kimi məşhurdur. Dünya elm tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilib. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınıb. Bundan başqa, alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisadiyyata, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında "Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə", "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər. Nəsirəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcısını gözləməkdədir.
Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnib. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.
Tusinin ən məşhur əsərlərindən olan "Təcridul-Etiqad" kitabı İslam dünyasında ən çox şərh və haşiyə yazılan kitab olaraq tanınır. Eyni zamanda etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanıb.
Nəsirəddin Tusi dünyasını 1274-cü ildə 25 iyunda Bağdadda dəyişib və orada İmam Musa ibn Kazimin məzarı ilə yanaşı "Came məscidi"ndə torpağa tapşırılıb. Onun məzar daşının üstündə hüsnxətlə yazılan bu sözlər oxunur: "Dinin və xalqın köməyi, elm aləminin şahı. Zamanın anası belə oğul yetirməyib".
- 19:03 28 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 16:47 “Müstəqillik - qürur tarixidir” mövzusunda tədbir keçirilib
- 16:30 “28 May-Şanlı tariximiz” adlı mühazirə keçirilib
- 16:03 “Vətənlə döyünən ürək” adlı tədbir keçirilib
- 15:53 “Mən, Lalə, bir də Şerlok Holms” serialının yaradıcı və aktyor heyəti ilə görüş keçirilib
- 15:28 Kitabxana 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib
- 14:33 “Barokko musiqisi” adlı tədbir keçirilib
- 14:13 Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edilib
- 12:21 Azərbaycan nümayəndə heyəti Çexov adına Beynəlxalq Teatr Festivalında fəxri qonaq olub
- 12:03 37 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:14 Müstəqillik Gününə həsr olunmuş konfrans-ekskursiya
- 09:51 Azərbaycan Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim edilib
- 09:14 Tacikistan və Özbəkistanın mədəniyyət xadimləri birgə opera üzərində işə başlayıblar
- 16:15 “Azərbaycanım” beynəlxalq rəsm festivalı təşkil olunub
- 14:28 “Şanlı tariximiz – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 14:25 TRT radiosunda 28 May - Müstəqillik Gününə həsr olunan proqram yayımlanıb
- 12:30 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edib
- 12:14 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin sinif konserti keçirilib
- 12:07 Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə “Kitab həftəsi”ndə iştirak edib
- 12:05 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
- 11:56 “Azərbaycan rəssamlığında Toğrul Nərimanbəyovun yeri və önəmi” adlı mühazirə keçiriləcək
- 10:31 Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 111 ili tamam olur
- 09:50 “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi Ankarada!
- 09:23 Praqada Azərbaycan mədəniyyəti axşamı formatında növbəti sərgi açılıb
- 09:19 Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 17:09 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir
- 16:40 “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub
- 15:26 Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir
- 12:42 Tanınmış şair Vaqif Bəhmənliyə həsr olunmuş elektron məlumat baza hazırlanıb
- 12:08 Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi hesabat konserti keçirib
- 12:02 Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 11:30 Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi davam edir
- 11:17 Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 09:23 Moskvada “İRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:14 Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub
- 17:15 Niderlandda “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb
- 15:02 Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində uğurla təqdim olunub
- 14:25 “Ulduz”lu may
- 12:05 Milli Kitabxanada “Professor Nizami Tağısoy” adlı kitab sərgisi açılıb
- 11:40 36 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:19 Bu gün Xalq Artisti Aqşin Əlizadənin anadan olmasının 88 ili tamam olur
- 10:15 Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 107 ili tamam olur
- 10:07 "Qara Qarayevin işığında" adlı konsert keçirilib
- 09:43 33 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:19 Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti keçirilib
- 09:15 Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
- 17:08 Tacikistan Milli Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 17:07 “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 15:29 Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin kitablarının təqdimatı olacaq
- 15:18 Azərbaycan Astanada keçirilən forumda muzey eksponatlarının konservasiyası təcrübəsini bölüşür
- 14:20 Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
- 13:10 24 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 12:09 Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb
- 11:35 Milli Kitabxanada tanınmış şair Vaqif Bəhmənlinin 70 illik yubileyi münasibətilə kitab sərgisi açılıb
- 11:32 “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlimlər davam edir
- 09:26 Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlaqədar konsert təşkil edilib
- 09:20 Özbəkistan universitetində Seyid Əzim Şirvani adına auditoriya açılıb
- 09:17 Amasyada Türkiyə türkcəsinə çevrilmiş Azərbaycan xalq nağıllarının təqdimatı olub
- 16:56 “Hüquqi dövlət, suveren ölkə” adlı dəyirmi masa keçirilib
- 16:29 Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir