Eksperimental tədris müəssisəsinin bərqərar olunmuş ənənələrini qoruyub saxlayan, müntəzəm olaraq yaradıcılıq yenilikləri ilə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası növbəti dəfə Beynəlxalq müsabiqənin keçirilməsini planlaşdırır. Bu müsabiqə Məktəb-studiyasının 40 illik yubileyinə həsr olunub.
“Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” Beynəlxalq müsabiqəsinin keçirilməsi 15-30 iyun 2021-ci il tarixlərinə təsadüf edəcək. Müsabiqə iştirakçılarının çıxışları, onların təqdim etdikləri videoyazı əsasında qiymətləndiriləcək. Müsabiqə layihəsinin müəllifi BMA-nın məktəb-studiyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov, təşkilat komitəsi və münsiflər heyətinin sədri BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəylidir.
Müsabiqə iştirakçıların qarşısına qoyulan tələb – musiqi ədəbiyyatı fənnindən tədris olunan mövzulardan hər hansı birini həmin müsabiqədə təqdim etməkdir. Məruzə instrumental musiqinin fraqmentlərini fortepianoda (və ya digər musiqi alətində) ifa etmək və ya vokal musiqini öz müşayiəti ilə oxumaqla təsvir olunmalıdır.
Bundan əvvəl keçirilən akademik, caz və xalq musiqisi ifaçılığına həsr olunmuş müsabiqədə olduğu kimi, hazırki müsabiqənin də metodik əhəmiyyəti ilk öncə musiqi fənlərinin inteqrallaşdırılması (birləşməsi), yəni nəzəri (musiqi ədəbiyyatı, solfecio, Azərbaycan xalq yaradıcılığı) və ifaçılıq musiqi fənləri arasında qarşılıqlı əlaqənin tapılması və tətbiq edilməsidir. Qeyd edək ki, BMA-nın məktəb-studiyasında dərs prosesi zamanı “inteqrallaşdırma” metodikasından geniş istifadə olunaraq, musiqi ədəbiyyatı fənni tədrisində solfecio fənninin mövzularına müraciət olunur (intervallar, akkordlar, sekvensiyalar, modulyasiyalar və s.) və yaxud, solfecio, ifaçılıq fənni dərslərində müxtəlif musiqi əsərlərindən (Azərbaycan və ya xarici musiqi) nümunələr göstərilir.
Əlbəttə ki, qeyd olunan səpkidə tədrisin təşkil olunması dərs prosesinin daha da maraqlı və perspektivli olmağına zəmin yaradır. Nəzərə almalıyıq ki, müasir dövrdə geniş informasiya axınına məruz qalan gənc nəslin diqqətini cəlb etmək o qədər də asan deyil, məhz bu səbəbdən bütün sahələrdə innovasiyalara ehtiyac var.
Müxtəlif tədris fənlərinin prinsipləri sintezi üzərində qurulmuş inteqrallaşdırılmış dərs təhsil alan şəxsin analitik fəaliyyətini stimullaşdırır, biliyinin bir sahədən digər sahəyə yönəldilməsi bacarığını formalaşdırır və bu üsul öz növbəsində fənlərarası əlaqələrin inkişafına, tədris prosesinin sistemli olmasına imkan yaradır.
“İnteqrallaşdırılmış dərs” anlayışının muisiqi fənlərinin tədris metodikasına daxil edilməsi ilk öncə musiqi təhsil sisteminin mükəmməl inkişafının təməlini qoyur və eyni zamanda gələcək musiqiçinin istedadının hərtərəfli formalaşmasına təsir edir.
Qeyd etməliyik ki, beynəlxalq forumun keçirilməsi müxtəlif ölkələrin mədəni ənənələrinin yaxınlaşması və qarşılıqlı zənginləşməsi prosesinin yeni pilləyə qalxmasına imkan yaradacaq, eyni zamanda bizim musiqi məktəb və kolleclərimizdə təhsil alan şagird və tələbələrimizin hansı dərəcədə müasir Azərbaycan və xarici musiqi mədəniyyətini mənimsəmələrini öyrənməyimizə kömək edəcək.
Üzeyir Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası elmi-metodiki işlərin aktual problemlərinə, kompleks təhsilin yeni formalarına toxunaraq böyük şövqlə yeni-yeni axtarışlara və kəşflərə doğru gedir.
Müsabiqə haqqında ətraflı məlumat əldə etmək üçün BMA-nın rəsmi saytına daxil ola bilərsiniz: http://musicacademy.edu.az
Sənədlərin qəbulu 30 may tarixinə qədərdir.
Şəfəq Hacıyeva
musiqişünas
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib