XƏBƏRLƏR
MƏLUMAT
“Mən qadınam” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2025 14:12

Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi “Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinə ssenarilərin qəbulu dayandırılıb.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə 96 adda ssenari daxil olub.

Qaliblərin adı 2 Avqust - Milli Kino Günündə açıqlanacaq və onlar diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Baxış sayı: 117