Pirallahı adası Xəzər dənizində, Bakıdan şimal-şərq istiqamətdə yerləşir və Abşeron arxipelaqına aiddir. Bu, Azərbaycana məxsus ən böyük adadır.
Adanın ilk adı Allahu Əkbər, sonralar isə Pirallahı (Allahın piri) olmuşdur. Rus səyyahları, Pirallahı sözünü rus dilinə tərcümə edərək, “Bojya svyatınya”, buradan da “Svyatoy” formasında işlədirdilər. Sovet dövründə isə ada inqilabçı F.Sergeyevin partiya ləqəbinin şərəfinə “Artyom” adlandırılmışdır. [Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı-2007]
Bəzi tədqiqatçılar adanı I əsrin Roma tarixçisi Pomponi Melanın təsvir etdiyi Talqe adası ilə eyniləşdirirlər. Pomponi adanı belə təsvir edir: “Talqe adası hər cür torpaq və ağac bəhəri ilə zəngindir, lakin qonşu xalqlar olanlara toxunmağı yolverilməz hesab edirlər: onların inancına görə, bütün bunlar tanrılar üçün hazırlanıb və saxlanılmalıdır”. Yunan filosofu Klavdiy Ptolemey də Xəzərdə yerləşən Talka adlı ada haqqında oxşar məlumat vermişdir. [Алиев К.Г. Античные источники по истории Азербайджана. Баку-1987] [Ямпольский З.И. Древняя Албания (III-I вв. до н.э.). Баку-1962]
XIX əsrin alman səyyahı İ.Lerxe öz əsərində Pirallahının abidələri haqqında məlumat verib. O, burada türbə və müdafiə bürclərini, qədim qəbir daşlarını təsvir edib. Bu abidələr sovet dövründə məhv edilib.
Ada qədimdən neft yataqları ilə məşhur olub. Ehtimal olunur ki, Pirallahı adasında neft hələ 1820-ci illərdən quyu üsulu ilə hasilat edilirdi və burada parafin istehsal olunurdu. Burada 1868-ci ildə ilk quyu qazılmışdır və kerosin zavodu tikilmişdir. Deyilənə görə, 1902-ci ildə Nobel qardaşları adada quyu qazır və burada neft olmadığını bildirir. Pirallahıda torpaq sahələrinə sahib olan digər sənayeçilər dərhal torpaqları satır və Nobellər onları əldə edirlər. Bu zamandan Nobellər adada neft hasilatına başlayırlar.
Sovet dövründə Pirallahının neft yataqları müsadirə edilir. Ümumilikdə Artyom adası və ona bitişik ərazilərdəki yataqlardan 50 milyon tondan çox neft hasil edilib.
[https://azerhistory.com/?p=7314]
1941-ci ildə adanı sahilə birləşdirən süni dambanın tikintisinə başlanılıb. Beləliklə, Pirallahı adası yarımadaya çevrilib. 1953-cü ildə isə damba üzəri ilə adaya dəmir yolu çəkilib.
[http://www.pirallahi-ih.gov.az/page/10.html]
Müstəqillik dövründə adanın keçmiş adı özünə qaytarılmışdır. 2012-ci ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün tikintisi ilə əlaqədar elektrik qatarlarının hərəkəti dayandırılıb və dəmiryol xətti sökülüb. Pirallahı körpüsünün açılışı 11 may 2017-ci ildə baş tutub.
1960-cı ilin məlumatına əsasən, adada əhalinin sayı 12.6 min nəfər olub. 2021-ci ildə Pirallahının əhalisi 17.3 min nəfər təşkil edib.
[Баку за 40 лет в цифрах. Баку-1960]


- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib