XƏBƏRLƏR
MƏLUMAT
Aktyor Kamran Ağabalayev “Rus kölə” serialına çəkilir
ÜMÜMİ XƏBƏRLƏR
11/09/2019 02:24

Aktyor Kamran Ağabalayev çəkilişləri Türkiyədə gedən “Rus kölə” serialından fotolar paylaşıb.

Axşam.az xəbər verir ki, sənətçi tarixi janrda çəkilən ekran işində Bəyazıd adlı türk qazisini canlandırır.

Serialda Rusiya, Gürcüstan, İtaliya, Xorvatiya, İngiltərədən aktyorlar yer alır. “Rus kölə” bu mövsüm ekrana gələcək.

Qeyd edək ki, K.Ağabalayev 12 bölümdən ibarət serialın 8–ci hissəsində oynayacaq.

 

Baxış sayı: 55115