
Dekabrın 19-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsinin təşkilatçılığı ilə “Elm, mədəniyyət və incəsənətin qarşılıqlı əlaqəsi və müasir cəmiyyətin inkişafında rolu” mövzusunda III respublika elmi-nəzəri konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan rektor Ceyran Mahmudova konfrans haqqında məlumat verib. O bildirib ki, konfransın məqsədi Azərbaycanda elm, mədəniyyət və incəsənətin qarşılıqlı əlaqəsi, dəqiq elmlər və təsviri sənət, mədəni irsin qorunub saxlanılması, sənətşünaslıq elminin muzey işinin təşkilində rolu, təsviri sənət və memarlığın tarixi və nəzəri problemlərinin araşdırılması, sənətşünaslıq, kulturologiya, muzeyşünaslıq, bərpaçılıq, arxeologiya və memarlığın aktual problemləri sahəsində mövcud olan məsələlərə diqqətin cəlb edilməsidir. Rektor qeyd edib ki, XXI əsrin tələbləri bizim qarşımızda yeni vəzifələr qoyur. Bu vəzifələr sırasında ən önəmli yeri yeni innovativ fikir və metodlardan istifadə tutur.
Ceyran Mahmudova diqqətə çatdırıb ki, konfrans materiallarının içərisində maraqlı mövzusu, işlənmə metodu ilə fərqlənən məruzələr var.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında vurğulayıb ki, ADMİU-da yüksək səviyyədə elm və təhsil əlaqələri modeli qurulub. Fərəh Əliyevanın təməlini qoyduğu və rektor Ceyran Mahmudova tərəfindən uğurla davam etdirilən bu istiqamət öz bəhrələrini verir. ADMİU-da belə konfransların keçirilməsi həm universitetin daxilində elmi potensialın, təhsil və elm əlaqələrinin inkişafına kömək edir. Uyğun sahələr üzrə respublikanın aparıcı mütəxəssislərini bir araya gətirir.
Daha sonra akademik Rafael Hüseynov “Azərbaycan miniatürlərinin xətt, şeir, musiqi, naqqaşlıq və memarlıq sənətlərini qovuşduraraq yaratdığı gözəllik və yaşatdığı tarix” mövzusunda məruzə edib.
Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Ziyadxan Əliyev və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının incəsənəti və memarlığı şöbəsinin müdiri Kübra Əliyeva qeyd ediblər ki, konfransın qarşısına qoyduğu məqsəd bu gün üçün çox aktualdır. Bildirilib ki, konfrans elm, mədəniyyət və incəsənətin qarşılıqlı əlaqəsinin araşdırılması istiqamətində mühüm elmi nəticələr əldə olunmasına öz töhfəsini verəcək.
İki gün davam edəcək konfransda Azəraycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institut və müəssisələri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Azərbaycan Xalça Muzeyindən mütəxəssislər çıxış edəcəklər.
Konfrans çərçivəsində ADMİU-nun böyük səhnəsində Rəssamlıq fakültəsinin tələbələrinin IV xeyriyyə auksionu keçiriləcək. Artıq ənənəvi olaraq keçirilən tədbirdə tələbələrin əsərləri hərraca çıxarılacaq və əldə olunan məbləğ təhsil haqqını ödəməkdə çətinlik çəkən ADMİU-nun tələbələrinə dəstək üçün istifadə olunacaq.




- 19:03 28 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 16:47 “Müstəqillik - qürur tarixidir” mövzusunda tədbir keçirilib
- 16:30 “28 May-Şanlı tariximiz” adlı mühazirə keçirilib
- 16:03 “Vətənlə döyünən ürək” adlı tədbir keçirilib
- 15:53 “Mən, Lalə, bir də Şerlok Holms” serialının yaradıcı və aktyor heyəti ilə görüş keçirilib
- 15:28 Kitabxana 28 May-Müstəqillik Günü ilə əlaqədar tədbir keçirib
- 14:33 “Barokko musiqisi” adlı tədbir keçirilib
- 14:13 Rafiq Babayev adına 25 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edilib
- 12:21 Azərbaycan nümayəndə heyəti Çexov adına Beynəlxalq Teatr Festivalında fəxri qonaq olub
- 12:03 37 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:14 Müstəqillik Gününə həsr olunmuş konfrans-ekskursiya
- 09:51 Azərbaycan Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim edilib
- 09:14 Tacikistan və Özbəkistanın mədəniyyət xadimləri birgə opera üzərində işə başlayıblar
- 16:15 “Azərbaycanım” beynəlxalq rəsm festivalı təşkil olunub
- 14:28 “Şanlı tariximiz – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 14:25 TRT radiosunda 28 May - Müstəqillik Gününə həsr olunan proqram yayımlanıb
- 12:30 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edib
- 12:14 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin sinif konserti keçirilib
- 12:07 Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə “Kitab həftəsi”ndə iştirak edib
- 12:05 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
- 11:56 “Azərbaycan rəssamlığında Toğrul Nərimanbəyovun yeri və önəmi” adlı mühazirə keçiriləcək
- 10:31 Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 111 ili tamam olur
- 09:50 “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi Ankarada!
- 09:23 Praqada Azərbaycan mədəniyyəti axşamı formatında növbəti sərgi açılıb
- 09:19 Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 17:09 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir
- 16:40 “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub
- 15:26 Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir
- 12:42 Tanınmış şair Vaqif Bəhmənliyə həsr olunmuş elektron məlumat baza hazırlanıb
- 12:08 Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi hesabat konserti keçirib
- 12:02 Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 11:30 Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi davam edir
- 11:17 Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 09:23 Moskvada “İRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:14 Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub
- 17:15 Niderlandda “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb
- 15:02 Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində uğurla təqdim olunub
- 14:25 “Ulduz”lu may
- 12:05 Milli Kitabxanada “Professor Nizami Tağısoy” adlı kitab sərgisi açılıb
- 11:40 36 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:19 Bu gün Xalq Artisti Aqşin Əlizadənin anadan olmasının 88 ili tamam olur
- 10:15 Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 107 ili tamam olur
- 10:07 "Qara Qarayevin işığında" adlı konsert keçirilib
- 09:43 33 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:19 Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti keçirilib
- 09:15 Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
- 17:08 Tacikistan Milli Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 17:07 “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 15:29 Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin kitablarının təqdimatı olacaq
- 15:18 Azərbaycan Astanada keçirilən forumda muzey eksponatlarının konservasiyası təcrübəsini bölüşür
- 14:20 Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
- 13:10 24 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 12:09 Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb
- 11:35 Milli Kitabxanada tanınmış şair Vaqif Bəhmənlinin 70 illik yubileyi münasibətilə kitab sərgisi açılıb
- 11:32 “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlimlər davam edir
- 09:26 Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlaqədar konsert təşkil edilib
- 09:20 Özbəkistan universitetində Seyid Əzim Şirvani adına auditoriya açılıb
- 09:17 Amasyada Türkiyə türkcəsinə çevrilmiş Azərbaycan xalq nağıllarının təqdimatı olub
- 16:56 “Hüquqi dövlət, suveren ölkə” adlı dəyirmi masa keçirilib
- 16:29 Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir