XƏBƏRLƏR
MƏLUMAT
Adı kimi nəhəng "Titanik" gəmisi
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2022 01:33

"Titanik" Britaniyanın öz dövrünün ən nəhəng sərnişin gəmisi sayılıb. Gəminin batması dəniz sərnişin daşımaları tarixində ən böyük faciələrdən biri hesab edilir.

"Titanik" gəmisinin Atlantik okeanında aysberqlə toqquşaraq batması nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olub.

66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanıb, 1911-ci il mayın 31-də isə gəmi istismara verilib.

"Titanik" 1912-ci il aprelin 10-da ilk və son səfərinə yola düşüb.

İngiltərənin Sauthempton limanından Nyu-Yorka yola düşən “Titanik” cəmi iki dəfə - Fransanın Şerbur və İrlandiyanın Kov limanlarında dayanıb.

Onun Avropadan Amerika Birləşmiş Ştatlarına marşrutu Atlantik okeanının şimal hissəsindən keçib.

Aprelin 14-ü saat 23:40-da “Titanik” aysberqlə toqquşub və 2 saat 40 dəqiqədən sonra batıb.

Baxış sayı: 1103