XƏBƏRLƏR
MƏLUMAT
23 Aprel - Ümumdünya İngilis Dili Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2021 03:03

Ümumdünya İngilis Dili Günü ilk dəfə 2010-cu ildə qeyd olunub. Belə təkliflə təşkilatın ictimaiyyətlə əlaqələr departamenti çıxış etmişdir. Bayramın məqsədi dünyada çoxdillilik ənənələrini möhkəmləndirməkdir. Birləşmiş Millətlər Təşkilatı təqvimdə altı gün – hər bir rəsmi dil üçün bir gün ayırmışdır. 

Bu gün ingilis dili “dünya dili” hesab olunur, bu dildə dünyanın onlarla ölkəsində bir milyarddan çox insan danışır. Bu dil yalnız ingilislərin deyil, həm də ABŞ, İrlandiya, Kanada, Malta, Avstraliya, Yeni Zelandiya sakinlərinin dilidir. İngilis dili Asiya və Afrikanın bir neçə dövlətinin rəsmi dilidir.
Baxış sayı: 1813