XƏBƏRLƏR
MƏLUMAT
23 aprel Milli suverenlik və Uşaq Bayramı günüdür
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2021 07:06

Bu gün Türkiyədə Milli suverenlik və Uşaq Bayramı günü kimi qeyd olunur.

Beynəlxalq Uşaq günü 1920-ci il Türkiyə Böyük Millət Məclisinin qurulması şərəfinə, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün yalnız türk uşaqlarına deyil, bütün dünya uşaqlarına hədiyyə etdiyi milli bayramdır.

“Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Bu çərçivədə keçirilən 23 aprel tədbirlərində uşaqlar nitq söyləyir, şeirlər oxuyur. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir. Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə də riayət olunur.

Bu ilki bayram tədbirləri məlum səbəblərdən təxirə salınsa da, gələcək illərdə bütün dünyanın sevimli uşaqları yenidən Türkiyədə toplaşaraq, 23 aprel Uşaq Bayramını təntənə ilə qeyd edəcəklər.

Mustafa Kamal Atatürkün təbirincə desək: ”Çocuk yurdun temelidir. Bu ülkenin geleceği çocuklarımızdır. 23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramınız Kutlu Olsun.”

Baxış sayı: 802