XƏBƏRLƏR
MƏLUMAT
18 oktyabr- Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/10/2025 08:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə 18 oktyabr- Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bu günün tarixindən bəhs edərək müstəqilliyin xalqımız üçün böyük dəyər daşıdığını bildiriblər və Azərbaycanın azadlıq uğrunda mübarizəsindən danışıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Sonda “N” saylı hərbi hissənin rəhbərliyi tərəfindən tədbirdə iştirak edənlərə Fəxri Fərmanlar təqdim edilib.

Baxış sayı: 35