Pyotr Çaykovski musiqisi, rəngarəngliyi, romantikliyi və qeyri-adi melodiya zənginliyi ilə seçilən dahi rus bəstəkarıdır. Vyatsk quberniyasının Votkinsk şəhərində dağ mühəndisi ailəsində anadan olan Pyotr fortepianoda ifa etməyə dörd yaşından başlayır. On dörd yaşında ikən onun bəstəkarlıq keyfiyyətləri də üzə çıxır. Lakin gənc yaşında peşəkar musiqi ilə məşğul olmaqdan çəkinir.
1862-ci ildə yeni açılmış Peterburq konservatoriyasına qəbul olan Çaykovski növbəti il diqqətini bütünlüklə musiqi təhsilinə yönəltmək üçün dövlət qulluğunu tərk edir. Konservatoriyanın direktoru A.Q.Rubinşteynin yanında orkestr və kompozisiya ilə məşğul olur və təhsil illərində A.N.Ostrovskinin "Tufan" pyesinə eyniadlı uvertüra və F.Şillerin şerinə kantata bəstələyir. Konservatoriyanı bitirdikdən sonra 1866-cı ildə Anton Rubinşteynin qardaşı tərəfindən elə həmin il açılmış Moskva konservatoriyasına harmoniya professoru vəzifəsinə dəvət alır.
Bu ərəfədə Çaykovski bir çox musiqi əsəri - çoxsaylı simfoniya və uvertüra, simli kvartetlər, fortepiano konsertləri, violonçel üçün konsertlər, orkestr ilə skripka üçün əsərlər, həmçinin opera və baletlər bəstələyir. Moskvada işlədiyi ilk iki il ərzində Çaykovski özünün ilk simfoniyasını və ilk operası olan "Voyevoda"nı bəstələyir.
Növbəti onilliyin əvvəllərində möhtəşəm uğurlara imza atan musiqiçi ikinci və üçüncü simfoniyaları (1872, 1875-ci illər), üç simli kvarteti (1871, 1874, 1876-cı illər), birinci fortepiano konserti si-bemol minoru, sonra isə orkestr fantaziyası "Françesko da Rimini"ni (1876-cı il) və orkestrli violonçel üçün rokoko mövzusunda variasiyanı (1877-ci il) bəstələyir. "Dəmirçi Vakula" operası və "Qu gölü" baleti müvafiq olaraq 1876 və 1877-ci illərdə səhnəyə qoyulur.
Çaykovski vaxtının çox hissəsini xarici ölkələrdə keçirir, uzun müddət qohumlarının (əsasən Ukraynada bacısı Aleksandranın ailəsinə məxsus Kamenka mülkündə) və dostlarının malikanələrində yaşayır. Həmin müddətdə üç opera – "Orlean qızı" (1881-ci ildə səhnəyə qoyulub), "Mazepa" (1884) və "Cadugər" (1887), həmçinin re-major skripka konsertini (1878-cil iı) bəstələyir. 1890-cı ildə məşhur "Qaratoxmaq qadın" operasını yazır.
1891-ci ilin baharında Çaykovski ilk dəfə Birləşmiş Ştatlara səfərə çıxır, Nyu-Yorkda, Baltimorda və Filadelfiyada çıxışlar edir və Avropaya nisbətən burada daha məşhur olduğunu görür. Rusiyaya qayıtdıqdan sonra, yay aylarını "İolanta" operasının və "Şelkunçik" baletinin bəstələməsinə həsr edir.
1893-cü ilin əvvəlində Çaykovski Altıncı simfoniya si-minorun üzərində işləməyə başlayır. Lakin əsər Çaykovskinin Kembric universitetinin ona təqdim etdiyi fəxri musiqi doktoru dərəcəsini almaq üçün İngiltərəyə səfəri ilə əlaqədar yarımçıq qalır. Simfoniya avqust ayında tamamlanır və oktyabrın 28-də Peterburqda ilk dəfə müəllifin müşayiəti ilə ifa edilir.
Konsertdən beş gün sonra Çaykovski vəba xəstəliyinə tutulur və 1893-cü il oktyabrın 25-də (noyabrın 6-da) vəfat edir.
Dahi bəstəkarın ən məşhur əsərləri: "Qaratoxmaq qadın", "Yevgeni Onegin", "Dəmirçi Vakula", "Orlean qızı", "Mazepa", "Cadugar", "İolanta", "Çəkmələr" operaları, "Qu gölü", "Şelkunçik", "Yatmış gözəl" baletləridir.
Bəstəkar 20-dən artıq simfonik əsər, "İlin fəsilləri" və "Uşaq albomu"nun da daxil olduğu fortepiano üçün əsərlər də bəstələyib.
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib