XƏBƏRLƏR
MƏLUMAT
“Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/02/2026 16:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib.

Suraxanı rayon Heydər Əliyev Mərkəzində keçirilən film nümayişində rəsmilər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər.

Əvvəlcə film haqqında məlumat verilib. Bildirilib ki, dram janrında olan bu ekran işi maraqlı süjet xətti və təsirli hekayəsi ilə izləyicilərin diqqətini çəkir. Babalar və Nənələr Gününə həsr olunan filmdə baş rolları Əməkdar artist Dilarə Əliyeva, Firuzə Anarqızı və Dağlar Rüstəmov canlandırır.

Filmin prodüseri və baş rolun ifaçısı Dilarə Əliyeva çıxış edərək, filmin ərsəyə gəlməsindən danışıb. Bildirib ki, “Soy Production”un istehsalı olan film babaya həsr olunub və sevgi, fədakarlıq, həyatın çətinliklərindən bəhs edir.

 

Baxış sayı: 31