XƏBƏRLƏR
MƏLUMAT
2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
ÜMÜMİ XƏBƏRLƏR
20/02/2026 17:11

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu üçün müraciət elan olunur.

Qəbul prosesi vahid elektron sistem üzərindən və müsabiqə əsasında həyata keçiriləcək. Qəbul üçün müraciətlər 16 fevral – 18 mart 2026-cı il tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron qaydada təqdim olunmalıdır.

Vətəndaşlar qəbul şərtləri, yaş hədləri, imtahan meyarları və digər məlumatlarla Nazirliyin rəsmi informasiya resurslarında yerləşdirilmiş qaydalar ilə (https://admin.culture.gov.az/storage/uploads/legislations/az/bvAOaLbJ176Fj5myou3r1770966925.pdf) vasitəsilə tanış ola bilərlər.

Baxış sayı: 27