XƏBƏRLƏR
MƏLUMAT
“Ögey ana” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/02/2026 15:45

Fevralın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Əməkdar incəsənət xadimi Həbib İsmayılovun 120 illik yubileyi münasibətilə “Ögey ana” filmi nümayiş olunub.

Film nümayişində rayon məktəblərinin müəllim və şagird kollektivi iştirak ediblər.

Nümayişdən əvvəl bildirilib ki, Həbib İsmayılov Azərbaycan kinosunun və teatrının səssiz, amma dərin iz buraxan sənətkarlarından biridir. Onun yaratdığı obrazlar süni deyil, həyatın özündən gələn, səmimi və inandırıcı olub. Azərbaycan kinosunun ən təsirli ekran əsərlərindən biri olan “Ögey ana” isə ana sevgisinin qan bağı ilə ölçülmədiyini sübut edən nadir filmlərdəndir. Film bizə göstərir ki, mərhəmət, səbir və sevgi insanı doğmalıqdan da uca bir mərtəbəyə qaldıra bilər.

Baxış sayı: 38