
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin 6 saylı filialı “İstedadlı oxucularımızı dünyaya tanıdaq!” adlı rubrikasında növbəti istedadlı oxucusunu - Orxan Bahadırsoyu izləyicilərə təqdim edib.
Orxan Bahadırsoy 1993-cü ildə Lerik rayonunda ziyalı ailəsində anadan olub. Bakı şəhəri, Xəzər rayonu 92 saylı tam orta məktəbi və ADMİU-nun “Kino və dram teatrı aktyorluğu” fakültəsini bitirib. “Zaman-press” qəzetinin Mədəniyyət və incəsənət şöbəsinin müdiri, “Sputnik” İnformasiya Agentliyinin mədəniyyət üzrə köşə yazarıdır. Yazılarına görə 2013-cü ildə “Qızıl qələm” media mükafatına, 2015-ci ildə “Mətbuatın Tərəqqəsi Naminə” Fəxri Diplomuna layiq görülüb. Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının üzvüdür. 2017-ci ilin yayında Almaniyanın Potsdam, Berlin və Franfurt (Oder) şəhərlərində keçirilən “Next Stage Europe 3” festivalına “Saçını satan aktrisa” pyesi ilə qatılan Orxan Bahadırsoy burada Azərbaycandan qatılan ilk dramaturq olub və əsər 2017-ci ildə Almaniyanın Potsdam şəhərində yerləşən Hans Otto teatrında səhnələşdirilib. Pyes Almaniyada çap olunan dram əsərləri antologiyasına daxil edilib. Əsərləri türk, rus, ingilis, alman, gürcü və başqa dillərə tərcümə olunub.
Erkən yaşlarından şeirlər yazmağa başlayıb, hələ orta məktəb illərindən şeirləri bir sıra qəzetlərdə dərc olunub və müxtəlif müsabiqələrdə uğur qazanıb. Müəllifin “Eybi yox”, “Darıxma”, “Gecənin sənsizliyi”, “Kişilər ağlayanda”, “Kimsəsiz”, “Çıx get”, “Qonşu döyür qapımı”, “Ayıbdır dünyanın çılpaqlarından”, “Üşüdünsə, bağışla” və başqa şeirləri geniş oxucu kütləsi qazanıb. Şeirləri müxtəlif peşəkar aktyorlar tərəfindən səsləndirilib. Orxan Bahadırsoyun müxtəlif mövzulu şeirlərdən ibarət “Şeir Adam” adlı kitabı 2016-cı ildə çap olunub. İlk dram əsərini 16 yaşında yazan Orxan Bahadırsoy daha sonralar “Böhtan”, “Qoca sevgililər”, “Avatar”, “Soyun, gözəlim”, “Mənim qadınlarım”, “Zaman maşını”, “Terror”, “Kimsəsizlər sığınacağı” pyeslərini yazır. Eyni zamanda, Koko Şanelə həsr olunmuş “Madmauzel Şanel”, Pablo Pikassoya həsr olunmuş “Pikassonun boyaları”, Hüseyn Ərəblinskiyə həsr olunmuş “Səhnə tanrısı”, Edqar Allan Poya həsr olunmuş “Sirli dahi” tarixi pyeslərinin müəllifidir. Müəllifin dram əsərlərindən bəziləri kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən e-nəşr edilib. Orxan Bahadırsoyun şeirlərinə musiqilər bəstələnib. “Gedirəm” (musiqisi Zamiq Məmmədov) mahnısı Zamiq Məmmədov, “Ad günün” (musiqisi Tahir Abdullayev) mahnısı Elnur Məmmədov tərəfindən ifa olunub. Bundan başqa, Orxan Bahadırsoy öz şeirlərinə özü də musiqilər bəstələyir. Bunlardan “Sənə qurban” mahnısı Zamiq Məmmədov tərəfindən ifa olunub.
Eyni zamanda aktyor kimi fəaliyyət göstərən Orxan Bahadırsoy müxtəlif teatr tamaşalarında rol alıb. “Oda” teatrı ilə əməkdaşlıq edib, bu teatrın repertuarında həm müəllifi, həm də rejissoru olduğu “Sirli Dahi” və “Suriyalı” adı ilə iki tamaşası yer alıb. Eyni zamanda bu tamaşaların hər ikisində baş rolu ifa edib. Orxan Bahadırsoy həm də teatr tarixi haqqında müxtəlif tarixi araşdırmaların, eyni zamanda teatrların repertuarında yer alan müxtəlif tamaşalar haqqında resenziyaların müəllifidir.
Orxan Bahadırsoy 5 mart 2010-cu il tarixindən Xəzər rayon MKS-nin 6 saylı filialının fəal oxucusudur. İlk götürdüyü kitab S.Qədirzadənin “Təbəssüm mükafatımdır” adlı əsəri olub, hazırda M.Məmmədovun “Hüseyn Ərəblinski” adlı əsərini oxuyur. Demək olar ki, kitabxana fondundakı mədəniyyət və bədii ədəbiyyat şöbələrinin həm kiril və həmçinin də latın qrafikası ilə olan bütün kitablarını oxuyub.
Filial müdiri S.Nəsirova bildirib ki, “Orxan kitabxanamızın ən istedadlı oxucusu olmaqla bərabər, həm də ən sevimli oxucusudur. Orta məktəbdə oxuduğu illərdə istər məktəb, istərsə də kitabxana, klub, qəsəbə, rayon, şəhər miqyaslı tədbirlərdə hər zaman böyük şövqlə iştirak edib. Çox istedadlı gəncdir. Orxana gələcək işlərində uğurlar arzu edirik!”.
Qeyd edək ki, bu rubrika həm “cls.az/xəzər mks/qala qəsəbə kitabxana filialı” saytında, həm də facebook sosial şəbəkəsində qeydiyyatdan keçmiş “Qala qəsəbə kütləvi kitabxana” və “Моилюбимыекниги” adlı səhifələrdə də yayımlanır. Rubrikanın sayt və sosial şəbəkələrdə yayımlanmasında məqsəd istedadlı və fəal oxucuların müxtəlif bölgələrdə yaşayan insanlar tərəfindən tanınması və ən əsası müxtəlif yaş qruplarından olan insanları mütaliəyə, kitablara, kitabxanalara cəlb etməkdir.







- 09:05 Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı təqdim olunub
- 15:58 “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu”
- 12:30 Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 10:53 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin şəhər üzrə yekun turu keçirilib
- 10:21 Azərbaycan incəsənət nümayəndələrinin Antalyada konsert proqramı keçirilib
- 10:09 Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub
- 08:58 UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib
- 08:55 Azərbaycanın gənc vokalçıları Tbilisidə keçiriləcək beynəlxalq müsabiqəyə dəvət olunub
- 14:09 Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza yaradılıb
- 12:11 Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçirilir
- 11:08 Bəstəkar Cahangir Zülfüqarovun anadan olmasının 70 illiyinə həsr olunmuş müəllif konserti keçirilib
- 09:41 Maştağa qəsəbəsində Məmmədbağır Bağırzadə yad edilib
- 09:24 Ankarada Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək
- 17:24 Yasamal rayon Heydər Əliyev Mərkəzində film nümayiş olunub
- 16:53 “Unudulmayan şəhidim” adlı tədbir keçirilib
- 16:26 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 14:23 Mədəniyyət naziri Adil Kərimli Xızı şəhərində vətəndaşları qəbul edib
- 14:18 Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisi baş tutub
- 11:30 Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı birinci elmi-praktik konfrans keçirilib
- 09:18 Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
- 09:10 Azərbaycan və TİKA arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
- 16:43 “Qarabağ -Zəfər tariximiz” adlı tədbir keçirilib
- 16:04 Kitabxanada görüş keçirilib
- 15:37 Qaradağ rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib
- 14:59 “Yuxu” filmi nümayiş olunub
- 11:18 “Sən ki, ölməmisən, sağsan şəhidim” adlı söhbət keçirilib
- 09:17 “ХХ Baku Jazz Festival” çərçivəsində “Çikaqo” müziklinin premyerası olub
- 17:30 “Suverenliyimiz əbədidir” mövzusunda açıq dərs keçirilib
- 16:00 Azərbaycan Brüsseldə beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 14:20 Bakıda “Uşaq İncəsənət Festivalı 2025”in final mərhələsi üzrə dinləmələr davam edir
- 09:08 ХХ Bakı Caz Festivalı çərçivəsində gənc musiqiçilərin konserti keçirilib
- 15:13 Türk ölkələri kinematoqrafçıları birləşir
- 14:35 Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
- 11:49 “Yaşıl çəmən” ekran əsəri qısa film laboratoriyasının ikinci mərhələsinə seçilib
- 11:26 “Yaddaş sarayları” sənədli filminin dünya premyerası reallaşıb
- 09:03 “Füyuzat” jurnalının 145-ci nömrəsi işıq üzü görüb
- 16:09 “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsi elan olunur
- 14:35 Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
- 12:48 Zəfər Günü münasibətilə tədbir keçirilib
- 11:26 Daşkənddə Azərbaycan dekorativ sənət ustasının fərdi sərgisi açılıb
- 09:29 “XX Baku Jazz Festival” çərçivəsində JAZZ & AI müzakirə paneli təşkil olunub
- 17:27 Baş İdarənin tabeliyində olan müəssisələr üçün təlim keçirilib
- 16:52 “Hadrut sən azadsan!” filmi nümayiş olunub
- 11:48 Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi anılıb
- 11:16 Görkəmli dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyi qeyd olunub
- 10:35 Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsi keçirilib
- 09:27 Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib
- 09:19 Ölkəmiz Lüksemburqda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tədbirlərində təmsil olunub
- 12:47 Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
- 11:50 Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib
- 10:57 Milli Kitabxanada biblioqrafiyaşünas-alimə həsr olunmuş kitab sərgisi açılıb
- 09:21 Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb
- 15:43 Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:40 Prezident Kitabxanasında “Üzeyir Hacıbəyli” layihəsinin təqdimatı olub
- 12:03 Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olunub
- 10:57 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb
- 10:52 Vokal ixtisası üzrə ustad dərsi
- 10:19 "Qonağımız var" layihəsinin növbəti qonağı Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov olub
- 09:48 İstanbuldakı Türkiyə-Azərbaycan Teatrı mövsümün açılışını Bəxtiyar Vahabzadəyə həsr edib
- 09:39 Moskvada "İRS-Miras" jurnalının yeni nömrəsi işıq üzü görüb