XƏBƏRLƏR
MƏLUMAT
Tbilisi Dövlət Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/11/2023 16:51

Noyabrın 28-də Tbilisi Dövlət Universitetində (TDU) "Tolerantlıq Günü"nə həsr olunmuş bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan guşəsi də açılıb. Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə açılan guşədə xalqımızın milli mədəniyyət nümunələri, Borçalı xalçaları, milli musiqi alətləri, qədim alətlər, paxlava, şəkərbura nümayiş etdirilib.

Universitetin professoru tədbirdə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, bu cür tədbirlərin təşkili və Gürcüstandakı milli azlıqların burada öz milli mədəniyyətini nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır.

“Alyans” Gənclər Mərkəzinin İdarə heyətinin sədri Rəna Hüseynova universitetə mərkəzin tələbələrinin əl işini hədiyyə edib.

Digər çıxış edənlər "Tolerantlıq Günü" ilə bağlı fikirlərini bölüşüblər.

Sonda milli azlıqların nümayəndələri milli rəqsləri ifa ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Baxış sayı: 259