Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Maqsud İbrahimbəyovun zəngin yaradıcılıq irsindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Maqsud İbrahimbəyovla bağlı xatirələrini bölüşüb. O, görkəmli sənətkarla uzun illər davam edən dostluğundan söz açaraq bildirib ki, Maqsud İbrahimbəyov təkcə istedadlı yazıçı və dramaturq deyil, həm də dərin intellektə və güclü yumora malik bir insan olub.
Xalq yazıçısı çıxışında Maqsud İbrahimbəyovun özünəməxsus yumor hissindən danışaraq, onun zarafatlarının hər zaman düşündürücü və incə məna daşıdığını bildirib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxışında Maqsud İbrahimbəyovu qeyri-adi yumor hissinə və incə zarafatlara sahib bir şəxsiyyət kimi xatırladığını qeyd edib. Polad Bülbüloğlu Maqsud İbrahimbəyovla dostluq dövründə onun ssenaristi olduğu filmlərinə, tamaşalarına musiqi bəstələdiyini bildirərək deyib: “Bu, sadə dostluq deyil, deyərdim ki, yaradıcılıq dostluğudur. Maqsud həmişə iradəli və məqsədyönlü idi, eyni zamanda o, zarafatları ilə bizi həmişə güldürərdi”.
Onun sözlərinə görə, Maqsud İbrahimbəyovun zarafatları və aforizmləri indiyə qədər yaşayır, dilə gətirilir.
Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxışında bildirib ki, Maqsud İbrahimbəyovun şəxsiyyətinin miqyası, intellekti və insani cazibəsi onun yaradıcılığını da üstələyirdi. O, Maqsudu dövrünü müşahidə edən, dərin düşüncəli və tamamilə qərəzsiz bir şəxs kimi xarakterizə edib. M.Qusman, həmçinin vurğulayıb ki, İbrahimbəyov güclü yumor hissinə malik, insanlarla asanlıqla ünsiyyət quran biri olub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Maqsud İbrahimbəyovun çox qürurlu bir insan olduğunu bildirib. O, yazıçı ilə uzun illərə dayanan dostluğundan söz açaraq, M.İbrahimbəyovun yüksək mənəvi dəyərlərə sahib, zəngin intellektə malik və cəmiyyətə böyük töhfələr vermiş bir şəxsiyyət olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin yazıçının ssenari müəllifi olduğu filmlərdən seçilmiş fraqmentlər təqdim olunub.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova gecənin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə dərin təşəkkürünü bildirib.
Çıxışlardan sonra Maqsud İbrahimbəyovun “Püstə ağacı” əsəri əsasında hazırlanmış və Vaqif Əsədovun rejissoru olduğu eyniadlı monotamaşanın nümayişi olub.
Qeyd edək ki, Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi Prezident İlham Əliyevin 2025-ci il 13 fevral tarixli Sərəncamına əsasən təşkil olunub.




- 09:29 "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusuna həsr olunan forum başa çatıb
- 09:21 “Günay” uşaq teatrı “Arşın mal alan” tamaşasını nümayiş etdirib
- 17:29 Forumun ilk paneli: "Mədəniyyət və hüquq"
- 16:24 “Heydər Əliyev – ölməz irs” adlı dəyirmi masa keçirilib
- 15:02 Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib
- 11:48 İƏT Mədəniyyət Festivalının Bakı Kommünikesi qəbul olunub
- 11:25 Beynəlxalq İnsan Hüquqları Gününə adlı virtual sərgi istifadəçilərə təqdim olunub
- 10:52 Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır
- 10:48 Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:36 Mədəniyyət və hüququ birləşdirən ilk Forum: Müasir çağırışlara yeni baxış
- 09:30 XVI Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb
- 09:25 “KinoBox” onlayn yayım platformasının təqdimat mərasimi keçirilib
- 16:35 Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr olunub
- 16:31 “Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirilib
- 12:23 Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olunub
- 09:58 "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda növbəti panel keçirilib
- 09:52 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirilib
- 09:25 Azərbaycan əsərləri Vyanada beynəlxalq festivalda səslənib
- 17:43 "Heydər Əliyev.Əsl Məhəbbət Haqqında" filmi nümayiş olunub
- 16:54 Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib
- 16:22 “Arşın mal alan” Türkmənistan mətbuatında
- 14:39 "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi qonaqları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 10:36 Baş İdarə tərəfindən xeyriyyə tədbiri keçirilib
- 09:43 “Boşluğa xütbə” filminin Bakı premyerası olub
- 09:34 Türkiyə Kino Günlərinin rəsmi açılışı “Baku Cinema Breeze” çərçivəsində baş tutdu
- 14:35 “Qonağımız var “ layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 16:07 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib
- 11:59 “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı keçiriləcək
- 11:16 Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub
- 10:06 Şəki Dövlət Dram Teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı olub
- 17:17 İƏT Mədəniyyət Festivalında 5000-dən çox ziyarətçinin iştirakı gözlənilir
- 17:05 “Heydər Əliyev: Tarix yazan lider” adlı mühazirə keçirilib
- 16:43 Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbi 45 illik yubileyini konsert proqramı ilə qeyd edib
- 14:14 Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub
- 11:17 Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə
- 10:01 YARADICI Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində Çili istehsalı olan animasiya filmləri nümayiş etdirilib
- 09:40 Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunan dəyirmi masa keçirilib
- 09:36 İlin son “Ulduz”u
- 09:28 Milli Azərbaycan Tarixi Muzeyində respublika elmi konfransı keçirilib
- 16:00 “Ümid nəğməsi" adlı tədbir keçirilib
- 14:17 Yazıçı, publisist Hacı Qəni Camalzadə ilə oxucuların görüşü keçirilib
- 11:43 Milli Kitabxanada Beynəlxalq Əlillər Günü ilə bağlı virtual sərgi hazırlanıb
- 10:58 Bakıda “Mən – Dədə Qorqud 1-ci epizod. Başlanğıc” tamaşasının premyerası olub
- 10:48 Azərbaycan Respublikası UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilib
- 09:41 Azərbaycan violonçel ifaçısı beynəlxalq müsabiqənin laureatı olub
- 09:28 “Aktau – 2025 Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib
- 09:22 Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş inklüziv konsert keçirilib
- 16:51 Azərbaycan Malayziyada beynəlxalq kitab sərgisində iştirak edir
- 16:11 Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək
- 15:27 Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib
- 15:17 Beynəlxalq Muğam Mərkəzi Dünya Mədəniyyət Festivalında ölkəmizi təmsil edib
- 11:33 Ehtiyat kadrlar üçün vakant müəllim yerlərinə seçim müddəti uzadılıb
- 09:33 Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu
- 09:26 Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyi qeyd olunub
- 16:31 Açıq dərs təşkil edilib
- 16:22 Rəsul Rzanın ev muzeyində görüş keçirilib
- 14:52 Mədəniyyət naziri Adil Kərimli Ucarda vətəndaşları qəbul edəcək
- 09:39 Laçın – MDB-nin Mədəniyyət Paytaxtı 2025 rəsmən başa çatdı!
- 14:21 Prezident Kitabxanası “Konstitusiya və Suverenliyin Zəfəri” elektron informasiya resursunu üç dildə təqdim edib
- 11:59 Xankəndidə və Laçında “ANİMAFİLM” festivalları keçirilir