Bu gün dünyada Ümumdünya Paxlalılar və Dənli Bitkilər Günü qeyd olunur. Bu əlamətdar tarix Burkina-Faso Respublikasının təklifi ilə BMT Baş Assambleyası tərəfindən 2018-ci ildə qəbul olunmuş qətnamə ilə təsdiq olunub.
Dənli və paxlalı bitkilərdən hazırlanmış yeməklərin faydalılığını nəzərə alaraq, dadlı təamları ilə seçilən milli mətbəximizə müraciət etdik.
Azərbaycanda ən çox yayılmış xörək növü plovdur. Bu rubrikamızda sizi şüyüdlü paxla plov ilə tanış edəcəyik.
Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzə ikən yaşıl, quruyanda qəhvəyi olur. Quru paxla, təzə paxlaya görə daha tutumludur. Quru paxlanın 100 qramında təxminən 26 q zülal, 58 q karbohidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminləri, azot, nişasta, kalium və maqnezium mineralları ilə də olduqca zəngindir.
Tələb olunan ərzaqlar:
Paxla – 300 q;
Uzun düyü – 500 q;
Şüyüd – 6 dəstə;
Çolpa – 1 ədəd;
Ərinmiş kərə yağı – 300 q;
Lavaşana turşusu – 50 q;
Duz, istiot
Hazırlanma qaydası:
1. Şüyüdlü paxla plovu hazırlamaq üçün əvvəlcə düyü yaxşıca yuyulur. Ən azı 3-4 saat müddətində duzlu suda saxlanılır. Düyünü mütləq islatmaq lazımdır, bu zaman düyü yüngül olur, əzilmir və tez bişir.
2. Çolpa doğranır, 1 x.q. duz, bir miqdar istiot və 2 x.q. lavaşana turşusu vurulub kənara qoyulur. Bu prosesi bir gun əvvəlcədən etsəniz çolpa daha dadlı olar. Hazırlanma prosesində biz çolpanı plovun dibinə qoyub o şəkildə bişirəcəyik (Çolpanın əvəzinə plovun dibi üçün qoyun əti və ya mal əti də istifadə edə bilərsiniz. Əgər mal əti istifadə etsəniz, onu döymək lazımdir. Bunu etməyinizə səbəb isə, mal ətinin digər ətlərə nisbətən gec bişməsidir).
3. Paxla qaynamağa qoyulur. Bişdikdən sonra qabığı təmizlənir və təmizlənmiş paxlaya 1 ç.q. miqdarında duz vurulub bir kənara qoyulur.
4. Qazan su ilə doldurulub güclü odun üstünə qoyulur. 3-4 x.q. duz əlavə edilir. Duza qənaət etməyin, çünki şit düyü dadlı olmur. Plova şüyüd əlavə olunduğuna görə duzu adi plovdan bir qədər artıq – təqribən 1 x.q. artıq vurulur. Su qaynayan kimi isladılmış düyü qaynar suya tökülüb qarışdırılır. Düyü qaynayan zaman tez-tez qarışdırmaq lazımdır ki, düyü yapışmasın. Təxminən 7-10 dəqiqədən sonra düyünün dadına baxın. Hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, çox da yumuşaq olmamalıdır. Düyünü süzərək kənara qoyun.
5. Düyünü qaynamağa qoyduğunuz müddət ərzində şüyüdlər çox kiçik olmamaq şərti ilə doğranılır. Şüyüdün qalın olan ucları istifadə olunmur, kəsilib atılır.
6. Şüyüdlü paxla plovu qazmaqsız təsəvvür etmək qeyri mümkündür. Biz də ənənəyə sadiq qalaraq qazmaq hazırlayacağıq. Xəmirdən hazırlanmış qazmaqdan istifadə edəcəyik.
Qazmaq
Tələb olunan ərzaqlar:
Yumurta – 1 ədəd;
Duru yağ – 2-3 x.q;
Xama – 2 x.q;
Un – apardığı qədər;
Duz – 0,5 ç.q.
7. Qazmağı hazırlamaq üçün əvvəlcə yumurta, yağ və xama qarışdırılır. Sonra duz və apardığı qədər un əlavə edilərək xəmir yoğrulur.
8. Qazanın dibinə ərinmiş yağ tökülür. Yağ qazanın bütöv dibini tutmalıdır. Qazmaq üçün hazırladığınız xəmir oxlovla yayılaraq stəkanın ağzı ilə formalar kəsilir. Həmin formalar qızdırılmış qazanın dibinə düzülür.
9. Süzüb kənara qoyduğunuz düyüyə şüyüd və paxla əlavə edərək bir hissəsi qazmağın üzərinə tökülür. Doğranmış çolpa bu düyünün üzərinə yığılır. Qalan şüyüdlü paxlalı düyü çolpanın üzərinə əlavə olunaraq sonda ərinmiş yağdan bir miqdar tökülür. Qazanın qapağı bağlanıb 1-1,5 saat dəmə qoyulur. Bu qədər çox dəmə qoyulmasının səbəbi çolpanın çiy şəkildə qoyulmasıdır. Bu müddət, çolpanın bişməsi üçündür.
10. Plovu süfrəyə verməzdən əvvəl üzərinə yenidən yağ gəzdirin. Şüyüdlü paxla plov qatıq ilə birlikdə süfrəyə servis edilir.
Nuş olsun!





- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib