XƏBƏRLƏR
MƏLUMAT
Sarı mərcidən hazırlanan kotlet resepti
ÜMÜMİ XƏBƏRLƏR
03/09/2020 01:22

Ərzaqlar:

Sarı mərcimək – 200 qr.

Orta ölçüdə soğan – 2 ədəd.

Təzə pomidor – 3 ədəd.

Badımcan – 1 ədəd.

Çili istiot – 1 ədəd.

Bolqar bibəri – 1 ədəd.

Un – 100 qr.

Sarımsaq – 3 diş.

Bitki yağı – 2-3 x.q.

Cəfəri – 20 qr.

Duz, istiot.

Hazırlanması:

Mərcimək yuyulur, suda 15 dəqiqə bişirilir, sonra suyu süzülür.

Tavada xırda doğranan soğan və 1 diş sarımsaq qızardılır. Badımcanın qabığı soyulur, xırda kub formasında doğranılıb, soğana qatıb, 5 dəqiqə bişirilir.

1 ədəd pomidoru kub formasında doğrayıb, badımcana qatır, qarışdırır, daha 5 dəqiqə bişirirsiz.

Tavadakı tərəvəzlər bir az soyudulur, mərciyə qatılır, duz-istiot vurulub, narın doğranmış göyərti səpilir və qarışdırılır.

Əlləri tez-tez bir qab suda islatmaqla, bu qarışıqdan kotlet formaları hazırlanır, una batırılır və isti tavada yağda qızardılır. Hazır kotletləri salfet üzərinə qoyub yağını süzürsüz.

Salsa hazırlayırsız: tavada ayrıca 1 ədəd soğan və 3 diş sarımsağı doğrayıb yağda qızardırsız. Bura xırda doğranmış bibər, çili qatıb, 5 dəqiqə bişirirsiniz. Sonda 2 ədəd pomidoru kub şəklində doğrayıb, 7 dəqiqə daha bişirin. Duz, istiot vurun.

Mərci kotletləri boşqaba qoyulur, Salsa yanında verilir.

Çox dadlı, doyumlu kotletlərdir.

Nuş olsun.

Baxış sayı: 452