
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabuncu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialıBöyük Vətən müharibəsinin iştirakçısı olan ikidəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun doğum günü ilə əlaqədar "Vətənin qəhrəman oğlu" başlığı altında videoçarx hazırlayıb.
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında taqım komandiri kimi fəaliyyətə başlayıb.
Həzi Aslanov İkinci Dünya müharibəsi başlayanda Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə o öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf edərək, ağır tələfata uğradıb. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib.
Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib, Stalinqrad-Salsk dəmir yolunu tutub, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum ediblər.
Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə düşmənin 30 əks-hücumunu dəf ediblər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxardıblar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942–ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o, Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya bitirib, sonra yenidən 35-ci qvardiya tank briqadasına qayıdıb. 1944-cü il martın 13-də ona tank qoşunları general mayoru rütbəsi verilib. 1944-cü il iyunun axırlarında Belorusiya və I Pribaltika cəbhəsinin qoşunlarının hücumu fonunda Aslanovun tankları Vilnüsə hərəkət edirlər və düşməni ağır itkiyə məruz qoyurlar. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası “Qımızı bayraq” ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülüb.
1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyiblər. 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.
Həzi Aslanov 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi igidlik göstərib. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.
Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub. Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır.
Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunub. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Mövzu ilə bağlı videoçarxı aşağıdakı keçiddən baxa bilərsiniz:
https://www.instagram.com/tv/CKVBtYiBPIU/?igshid=1ccivcuf7nwgr
- 09:24 M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi konsert proqramı ilə çıxış edib
- 09:20 “Kəlağayı milli sərvətimizdir” adlı şeirlər kitabı işıq üzü görüb
- 09:14 Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
- 16:43 Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
- 16:18 “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir
- 14:31 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 10:55 Doqquzuncu “Muğam” Televiziya Müsabiqəsi başlayıb
- 09:33 İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 09:26 Filarmoniyada beynəlxalq müsabiqələr laureatı Aydan Nuriyevanın solo konserti olub
- 09:25 “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı başa çatıb
- 17:13 Rəssam Soltan Soltanlının əsəri nüfuzlu karikatura festivalının finalında
- 15:47 "Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında peşəkar və milli kadrların yetişməsində xidmətləri" adlı mühazirə dinlənilib
- 14:16 “İRS” Azərbaycanı italyanca tanıtmağa davam edir
- 14:12 Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
- 11:47 Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar
- 11:28 Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 10:58 "Əbədi zirvə" adlı tədbir keçirilib
- 10:16 Tanınmış İtalyan pianoçu ilə ustad dərsi
- 09:45 Bu gün dramaturq Hikmət Ziyanın doğum günüdür
- 17:23 Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert keçirilib
- 17:11 Şüvəlan qəsəbə Mədəniyyət evində tədbir keçirilib
- 17:10 Azərbaycan mədəni irsi Aşqabadda beynəlxalq festivalda təqdim olunub
- 16:51 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 14:32 Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunacaq
- 11:55 Gənclər Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən elektron məlumat bazası hazırlanıb
- 11:08 Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib
- 10:51 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 10:49 SSRİ Xalq artisti Səid Rüstəmovun anadan olmasının 118 ili tamam olur
- 09:32 Azərbaycan Animasiya Assosiasiyası “Bum-Bum” adlı animasiya filminin istehsalına başlayır
- 09:23 Azərbaycanın Venesiyada ilk dəfə iştirak etdiyi Beynəlxalq Arxitektura Biennalesindən reportaj
- 23:00 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Kölgənin əzəməti” adlı sərgi təqdim edilib
- 20:59 “Köhnə Bakının rənglənmiş inciləri” adlı sərgi nümayiş olunub
- 13:04 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 21:11 "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı konfrans keçirilib
- 20:54 “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib
- 16:20 Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib
- 15:51 “Həyatla oyun” tamaşası nümayiş olunub
- 15:08 "Heydər Əliyev - Ata yolu" adlı film nümayiş olunub
- 14:06 A.İ.Babayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:04 “Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar” adlı mühazirə keçirilib
- 12:52 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib
- 11:22 Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb
- 11:05 Milli Kitabxanada “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb
- 10:34 "102 ilin zirvəsi: Heydər Əliyev əmanəti və gələcək nəsillər" adlı dəyirmi masa keçirilib
- 10:16 “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
- 09:39 Bu gün bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
- 09:29 Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır
- 09:15 Türkiyədəki Beynəlxalq İslam Sənətləri Sərgisində Azərbaycan geniş təmsil olunub
- 09:12 Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
- 17:41 Mədəni və yaradıcı sənaye sahələrinə dair 4 siyahı təsdiq olundu
- 17:13 Teatr Xadimləri İttifaqında gənclərlə görüş təşkil olunub
- 16:19 Milli Kitabxanada Ümummilli Liderə həsr olunmuş virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
- 15:32 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib
- 14:15 Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur
- 12:49 Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
- 12:15 Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
- 11:00 Bakı Uşaq və Gənclər Teatrı “Sevgi Şimşəyi” tamaşasını nümayiş etdirib
- 10:42 Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
- 09:54 Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
- 09:45 MDB-nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub