XƏBƏRLƏR
MƏLUMAT
Filarmoniyada beynəlxalq müsabiqələr laureatı Aydan Nuriyevanın solo konserti olub
ÜMÜMİ XƏBƏRLƏR
14/05/2025 09:26

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində respublika və beynəlxalq müsabiqələr laureatı Aydan Nuriyevanın “Musiqi dünyasına səyahət” adlı solo konserti keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, musiqili gecədə konsertmeyster İrina Mehdiyevanın müşayiəti ilə solist - respublika və beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşova da (violin) solo konsertə rəng qatıb.

Proqramda F.Chopin 1 nömrəli Böyük parlaq vals (op.34), L.V.Beethoven 8 nömrəli patetik sonata c-moll (op.13), P.Çaykovski “Düşüncələr”, R.Schumann “Fantastik pyeslər” silsiləsindən “Axşam” (op.12) və “Cəhd” (op.12), S.Prokofyev 2 nömrəli sonata d-moll (op.14) səslənib.

Baxış sayı: 28