XƏBƏRLƏR
MƏLUMAT
Quru Balıqla Südlü Plov
ÜMÜMİ XƏBƏRLƏR
25/01/2022 01:40

Azərbaycan mətbəxində plovun bir çox növləri var. Bunlardan biri də südlü plovdur. Bu reseptdə südlü plovu duzlu, quru hisə verilmiş balıq və yağda qovrulmuş quru meyvələr ilə hazırlanıb. Fərqli iki dad – duzlu və şirin birlikdə çox gözəl ahəng yaradır. Siz də yoxlayın

Lazım olan ərzaqlar:

1 st. düyü

2 st. süd

100 qr kərə yağı

1 x.q şəkər tozu

1 dolu olmayan x.q. duz

zəfəran (5-6 tel)

çay qaşığının ucunda sarıkök

Üzərinə:

quru balıq

kişmiş

qaysı qurusu

Quru balığı təmizləyib yuyub kalka kağızına bükün və sobada 180 dərəcədə 30 dəqiqə bişirin.

Düyünü yuyub kərə yağında azca qovurun.

Üzərinə qaynar südü töküb, dəmlənmiş zəfəran, sarıkök, şəkər tozu və duz əlavə edib qapağını örtün və süd çəkilənə qədər az odda bişirin.

Başqa bir tavada bir az kərə yağında yuyulmuş kişmiş və qaysı qurusunu (istəyən xurma da vura bilər) azca su və bir çay qaşığı şəkər tozu əlavə etməklə az odda su çəkilənə qədər bişirin.

Düyünün südü tamam çəkiləndə 10-15 dəqiqə dəmə qoyub götürün.

Nuş olsun!

lovely-culinary.com

Baxış sayı: 382