XƏBƏRLƏR
MƏLUMAT
Qarakənd faciəsinin qurbanı – Azərbaycanın Milli Qəhrəmanı, şəhid teleoperator Fəxrəddin Şahbazov
ÜMÜMİ XƏBƏRLƏR
20/11/2020 01:28

Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulub. 1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil alıb. 1969-cu ildə hərbi xidmətə çağırılıb və 1971-ci ildə ordudan tərxis edilib. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışıb. Əslən Lerik rayonunun Kəlvəz kəndindəndir. 1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edib. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər, qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırıb. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edib. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törədib. Dinc sakinlər qətlə yetirilmiş, kəndlər yandırılıb. 20 noyabr 1991-ci il dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşüblər.

Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iriçaplı pulemyotlardan atəşə tutublar. Vertolyot yerə düşərək parçalandı və bütün heyət həlak olub. Şəhidlərin arasında Fəxrəddin Şahbazov da var idi. Ermənilər onların cəsədlərini təhqir etməkdən belə çəkinməyiblər.

Ailəli idi, iki övladı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 4 dekabr tarixli 344 saylı Fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhərinin Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.

 

Baxış sayı: 395