XƏBƏRLƏR
MƏLUMAT
Oxucu “Qədim kitablar” haqqında videoçarx hazırlayıb
ÜMÜMİ XƏBƏRLƏR
22/09/2020 05:40

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının fəal oxucusu Münəvvər Rüstəmova "Qədim kitablar" haqqında videoçarx hazırlayıb.

Müasir dövrümüzdə kitablar mətbəələrdə çap maşınları vasitəsilə çoxaldılır. Qədimdə isə bu iş əl əməyi ilə başa gəlirdi. Xüsusi peşə sahibləri var idi ki, kitabların üzünü köçürməklə məşğul olublar. Bu adamlara xəttat deyiblər.

Xəttatlıq geniş yayılmış sənət növlərindən biri idi. Qədimdə yazılmış bir çox əsərlərin bu günə qədər gəlib çatmasında xəttatlarin rolu böyük olub. Belə kitablar indi əlyazma kitabları adlandırılır.

Bəzi kitabların yaradılmasında xəttatla yanaşı, miniatürçü rəssam da işləyib. Belə kitablar nadir incəsənət əsərinə çevrilib. Onlardan bəziləri bu gün muzeylərin bəzəyidir. Məsələn, Nizami Gəncəvinin "Xəmsə"nin əlyazmalarından biri hazırda London muzeyində saxlanılır.

Ustad xəttatlar və miniatürçülar böyük hörmət sahibi idilər. Onların əməyi şahlar tərəfindən yüksək qiymətləndirilib. Lakin əlyazma kitabların ərsəyə gəlməsi çox böyük zaman tələb edib. Bəzən xəttat bir kitab üzərində on-on beş il işləyib.

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

 

Baxış sayı: 832