XƏBƏRLƏR
MƏLUMAT
Optimistliyi özündə birləşdirən rəssam-Abidin Dino
ÜMÜMİ XƏBƏRLƏR
06/09/2021 06:45

Cümhuriyyət dövrünün ən bənzərsiz cütlüyü Abidin və Güzin Dino cütlüyü olub.Onlar sənətin bir çox qollarında türk mədəniyyətinə töhfələr verən sənətçilər idilər.Abidin rəssam, yazıçı, karikaturaçı və rejissor, Güzinisədilçi, tərcüməçi və yazıçı olub.

Abidin Dino İstanbulda doğulub, amma 12 yaşına qədər İsveçrədə və Fransada yaşayıb.Cümhuriyyət qurulduqdan sonra ailəsi İstanbula qayıdıb.Burada Abidin kollecdə oxumağa başlayıb.Anasının və atasının ölümündən sonra rəsmdən başqa bir şey düşünməyən Abidin məktəb həyatından uzaqlaşıb.Qardaşı Arif Dino şairolub, ondan güc alaraq Dino sənətə bağlanıb.Özü həmişə Arifin kitablarını oxuyaraq rəsmə başladığını deyib. Abidin Dino yazılar yazıb, karikaturalar və yaxın dostu Nazim Hikmətin kitablarına illüstrasiyalar çəkib.Bu zamanlarda heç bir rəsm cərəyanına mənsub olmayan Dinonun artıq çəkdikləri ona gəlir          gətirib və bir rəssam kimi kifayət qədər qəbul olunub, tanınıb. “Halkın dostu” qəzeti üçün etdiyi reportaj çox diqqət çəkib. Bu reportaj, Atatürkündə gözündən qaçmayıb və düz  onu çəkən an Atatürk onu görüb və Dinonu yanına çağırıb və rəsmə baxıb, bəyənib. “Amma önümdə qədəhlə olmaz, o qədəhi sil”, – deyib.

Dino qədəhi silmək üçün ondan rəsmə imza atmasını istəyib.Bu istəyi Atatürk gülümsəyərək qarşılayıb və rəsmə imzasını atıb.Dino da rəsmdəki içki qədəhini silib.

1933-cü ildə Sovet İttifaqının məşhur rejissorlarından olan Sergey Yutkeviç “Türkiyənin ürəyi – Ankara” adlı filmi çəkmək üçün Türkiyəyə gəldiyi zaman Atatürk Yutkeviçdən Abidin Dinonu özüyl əaparıbki no sahəsinin incəliklərini öyrətməsini istəyib.Dino İkinci Dünya Müharibəsi icazə verənə qədər Rusiyada qalıb və rejissorluğu öyrənib.Daha sonra, yəni 1937-ci ildə Parisə yollanan rəssam müəyyən müddət orda qalıb rəsmlər çəkib və iki ildən sonra vətənə dönüb. O illərdə rəssamlar İstanbulda çətin şəraitdə yaşayan insanlarla, xüsusəndə çörəyi dənizdən çıxan balıqçılarla daha çox maraqlanıb. “Yenilər”adlı, bəzəndə “Limanqrupu” deyə başa düşülən Abidin Dinonun da tərkibində olduğu bir qrup liman ətrafındakı balıqçılar barədə bir sərgi açıb.O,İngiltərə və Fransada bir müddət yaşayıb. Bu vaxt ərzində dövrünün önəmli sənətçiləri ilə tanış olub.

Güzin xanım Abidinin xatirələrindən: “Pikasso bir taxta göstərib bura bir xətt çək deyib,Abidin çəkib. Pikasso deyib ki, belə xətti bir sən,bir də mən çəkə bilərdim”.

Futbolu çox sevən rəssam əsərlərində də buna önəm verib.1966-cı ildə dünya çempionatı ilə bağlı bir sənədli film çəkib, mükafatalıb.

Bu optimist rəssam 1993-cü ildə Parisdə xərçəngdən dünyasını dəyişib.  O qədər optimist idiki, xəstələndiyi zamanlarda da, əzab çəkməsinə baxmayaraq ümidini itirməyib, “çox yaxşıyam, aslant kimiyəm” deyib.  

“Nə rəsmin romana, nə də romanın rəsmə ehtiyacı var” desə də, Dino Yaşar Kamalın “Dəniz küsdü” və “İlanı öldürsələr” adlı romanlarını, İlham Bekirin “Unutdum” və Melih Cevdet Andayın “Tanıdığım dünya” adlı şeir kitablarına rəsmlər çəkib.

Abidinin işlərinin maraqlı tərəfi, ətrafında gördüyü əşyaları bir toxunuşla sənətə çevirə bilməsiydi.Həmin an ətrafında nə varsa dəyərləndirir, köhnə zərf, kibrit qutusu, külqabı, ya qaya parçası-fərq etmir. Dino “Enqrə Hörmət” (Ingres’esaygı) əsərini Jan Dominik Eqrin “Türk hamamı” əsərinə təşəkkür olaraq çəkib.Hamamda qadınları təsvir edən bu rəsmlə Abidinin rəsmini yanaşı qoyduqda görürsən ki, əslində, tamam fərqli şeylər təsvir olunsa da, iki rəsm bir-birinə çox bənzəyir.Barmaqlar kombinasiyası şəklində olan bu rəsmdə də digər əsərlərindəki  kimi Pikassonun və kubizmin təsiri görünür.

İllər boyu Abidin Dinon “Mutluluğun Rəsmi” deyə tanınan əsərin sonralar Dianne Dengelə məxsus olduğu ortaya çıxıb.Bəs nə idi əsl “Mutluluğun rəsmi”?  

Nazim Hikmət Kubanı ziyarət etdikdən sonra coşqulu bir şeir yazır, şeirində soruşur: sen mutluluğun resmini yapa bilirmisin Abidin? 

Abidin Dino isə suala belə cavab verir:

Davullar çalsa, zurnalar söyleseydi,

Bağrımıza bassaydık seni Nazım,

Yapardım mutluluğun resmini

 

Ve dolaşsaydıkTürkiyeyi

Bir baştan bir başa.

Yattığımız yerler müze olmuş,

Sürgün şehirler cennet.

 

İşte o zamanNazım,

Yapardım mutluluğun resmini

Buna da ne tual yeterdi;

Ne boya…”

Hətta kitabına rəsmlər çəkdiyi dostu Yaşar Kamal da bu sualla Abidinə söz atıb. Dino isə reportajlarının birində bu suala belə cavab verib: “Xoşbəxtliyin yox, amma sevincin rəsmini çəkmişəm. Böyük sevinclər yaşadım.

Təkrar-təkrar yaşadım.Bir ömür boyu Güzinlə yaşamaq xoşbəxtliyin fövqündə yaşamaq deməkdir.Güzin olmasaydı, çoxdan yox olmuşdum”. 

Abidin kiməsə “yox” deməzdi, qarşılaşdığınız zaman dediyi ilk söz “sizing üçün nə qədə rdarıxdığı” olub.Son illərdə başını götürüb qaçanlar Parisə gəlib, Abidini axtarıb.Hamısı ilə də görüşürdü, ona yaxınlaşmaq, onun dostu olmaq, bir sənəd, bir passport idi.Abidinə görə isə dostları vətənidi.

Baxış sayı: 163