Bakının özünəməxsus adət-ənənələri, qayda-qanunları olan məhəllələrindən birində - Çəmbərəkənddə 1919-cu il martın 15-də dünyaya göz açıb Hacıbaba Hüseynov. Hüseynəli kişiylə Seyid Fatimənin ilkiydi. Hacıbaba Hüseynovun dini savad alıb axund olması ata nənəsinin arzusuydu.
Hacıbabanın yaxşı səsi olmasından da məhəllədə hər kəs xəbərdardı. Hələ uşaqlıq illərindən məsciddə azan verib, növhələr oxuyub. Hacıbabanın məktəbdən uzaqlaşmasına səbəb də nənəsinin, ata-anasının aşıladığı dinə sevgi, ehtiram hissləri olub. Bir gün masanı qaldırıb onu allahsızlığa dəvət edən komsomol təşkilatı katibinin başına çırpıb və məktəbdən qaçıb. Beləcə, Hacıbaba Hüseynovun təhsil həyatı 1933-cü ildə, 4-cü sinifdə bitib.
Atası ilə birlikdə dənizə çıxıb, hələ bərkiməmiş qollarının gücüylə qayıqla gətirilən malları daşıyıb. Kiçik yaşlarında arabir dodaqaltı zümzümə etdiyinə görə atası xəbərdarlıq edib: "Bilirəm səsin var, hərdənbir mızıldanırsan. Amma birdən çaşıb xanəndə-zad olarsan ha...” Atası onun oxuyan olacağından narahat idi. Əslində, təşvişə düşməsinə səbəb yox idi. Çünki o zaman Hacıbaba özü də bu fikirdən çox uzaq idi.
Atasının xəstəliyə tutulması, bir müddət yataqdan qalxa bilməməsi, dünyasını dəyişməsi Hacıbabanın qayğılarını daha da artırıb. Zəhmətə alışıb. Bacarıqlıydı. Atasının məsləhəti ilə sənət sahibi də olub. Bir müddət "Paris kommunası” adına zavodda tornaçı işləyib.
1941-ci ildə başlayan II Dünya müharibəsinə aparılmamasına səbəb də yaxşı tornaçı olması idi. Buna görə onu arxa cəbhədə saxlayıblar.
Müəllimsiz öyrəndiyi sənətin müəllimi...
O, heç vaxt musiqidən, muğamlardan, xalq mahnılarından uzaq yaşamayıb. Ancaq uzun illər məlahətli səsi ilə yalnız özü üçün oxuyub. Sonralar deyib: "Nə olsun səsim vardı. Mən inanmazdım xanəndə olacağam”.
Tornaçılıqdan aldığı məvacib yetməyəndə ailəsini dolandırmaq üçün başqa yol axtarıb. Amma yenə də xanəndə olmağı ağlından belə keçirməyib. Qohumu, qarmonçalan Teymur Dəmirov onu özü ilə toylara aparmağa başlayıb. Əvvəl xanəndə yox, nağaraçalan kimi gedib toylara. O, nağara çalmağı da məktəbsiz, müəllimsiz öyrənib. İştirak etdiyi Bakının kənd toylarında yaxşı səsi olduğundan xəbəri olanlar xahiş ediblər ki, oxusun. O da hərdənbir bir-iki mahnı, ya da muğam ifa edib. Sonralar o günləri belə yada salıb: "Utanırdım, Zülfinin, Seyidin, Xanın qarşısında oxuya bilməzdim”.
Yavaş-yavaş tornaçılıqdan uzaqlaşmağa, toylara getməyə başlayıb. 1945-ci ildə müharibə bitəndən sonra, o zamanlar artıq xanəndə kimi tanınan baldızı Sara Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edib. O, gənc Hacıbabanı öz ansamblna işə dəvət edib. Həmin ansamblda üç il çalışıb. Güclü hafizəsi vardı. O vaxta qədər də əruz vəzninin qayda-qanunlarını mənimsəyib. Cavanlıqdan şeir, qəzəl, müxəmməs yazıb. Bir də çox mütaliə edir, qəzəl kitabları oxuyurdu. Məhəmməd Füzuliyə, Seyid Əzimə sevgisi sonsuz idi. Həmin ansamblla çıxış etdiyi illərdə isə Hacıbaba Hüseynov Əhməd Bakıxanovdan, digər musiqiçilərdən, xanəndələrdən muğamın incəliklərini öyrənib. Ömrünün sonunadək Əhməd Bakıxanovu özünün ustadı sayıb.
Hacıbaba Hüseynovun orta səsi var idi. Amma onun ifasına elə-belə qulaq asmaq olmayıb. Səsi sanki dinləyicilərini başqa bir aləmə aparıb. O, xanəndəlik dərsi də almamışdı. Baxıb, müşahidə edib, dinləyib öyrənib. Hələ 1938-ci ildə xanəndə Zülfi Adıgözəlovun valını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edir, yamsılayırdı. Dostları ona "Sən oxuyanda elə bilirik Zülfi oxuyur” deyiblər. Ancaq vaxt keçdikcə Hacıbaba Hüseynov öz bənzərsiz ifasıyla dinləyicilərin könlünü ovsunlamağa başlayıb.
İlk vaxtlar Hacıbaba Hüseynovu Bəhram Mansurovla Tələt Bakıxanov müşayiət edib. Birlikdə konsertlərə, toylara gediblər. Sonralar isə xanəndə Hacıbaba Mirnazim Əsədullayev və Ağasəlim Abdullayevin müşayiəti ilə oxuyub.
Özünün sənətdə müəllimi olmasa da, bu sahədə təhsil almasa da, çoxlu tələbəsi oldu. 1963-cü ildən o, Asəf Zeynallı adına Musiqi Məktəbində xanəndəlik sənətindən dərs deməyə başlayıb. Burada müəllim işlədiyi otuz ildə neçə-neçə xanəndə yetişdirib. Hacıbaba Hüseynov dərs demədiyi bir çox xanəndəyə də muğamların, musiqi sənətinin, qəzəliyyatın sirlərini öyrədib.
Yaddaşlarda qalan səs...
Heç vaxt şan-şöhrət əsiri olmayıb. Bir də yalnız öz səsinə uyğun mahnılar ifa edib. Aşıq Alının "Nə qaldı” mahnısını gözəl oxuyub. Amma deyib ki, bu mahnı mənim üçün deyil. "Qara tellər” xalq mahnısını çox sevib. Oxumayıb ki, onun möhürünü Bülbül vurub...
Yetmiş yaşınadək heç bir fəxri ad almayıb, xaricə qastrol səfərlərinə göndərilməyib. 1989-cu ildə, 70 illik yubileyindən sonra ilk dəfə xarici səfərə, böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa gedib. 1990-cı ildə Türkiyənin Adana şəhərində, 1991-ci ildə bir ay ərzində Fransanın Paris, Marsel, Leon, Monpelye, Belçikanın Brüssel şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verib. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə iki aydan artıq çəkən İran İslam Respublikasına olub. İran səfəri də yaddaqalan idi.
Hacıbaba Hüseynov 1989-cu ilin martında “Əməkdar artist”, 1990-cı ilin oktyabrında isə “Xalq artisti” fəxri adları ilə təltif olunub. Ömrünün sonuna cəmi üç il qalırdı...
Əvvəllər hərdən ziyarət etdiyi Bibiheybət qəbiristanlığına son illərində tez-tez baş çəkib. Özünü əvvəlki kimi gümrah hiss etmirdi. Son vaxtlar toylara da getməyib. Birdən-birə halı dəyişib. Həkimə aparıblar. Deyiblər, ürəyində işemiya var. Buna görə xəstəxanada qalıb. Getdikcə zəifləyib, sonra təngnəfəslik başlayıb. Uşaq vaxtı pnevmaniya keçirib, ağciyərində ləkə var idi. Təngnəfəslik ağciyər xərçənginə çevrilib. Ağır xəstə idi. Xəstəliyini bilməyib...
Xəstəxanadan cəmi on gün idi çıxmışdı. Səsinin heyranı olanlar isə xanəndəni görmək, ifasını dinləmək istəyiblər. O gün də Sumqayıta dəvət olunub. Evə gec qayıdıb. Həmin gün - 1993-cü ilin 24 oktyabrında Hacıbaba Hüseynov bu dünyayla, sevənləri, sevdikləriylə vidalaşıb. Xanəndə Fəxri xiyabanda torpağa tapşırılıb.
İfa etdiyi muğamlar, xalq mahnıları, xüsusən "Bərəyə bax, bərəyə”, "Qarpız kəsdim, yeyən yox” və başqa neçə-neçə təsnif onun ifasıyla məşhurlaşıb. Bir zamanlar oxuduğu, yeni ruh, yeni nəfəs verdiyi həmin muğamlar, xalq mahnıları, təsniflər Hacıbaba Hüseynovu yaddaşlarda saxlayır.
2019-cu ilin martında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın xalq artisti Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi dövlət səviyyəsində qeyd olunub. Sənətkarın yubileyinin qeyd edilməsi haqqında Prezident İlham ƏliyevinSərəncamında deyilir: "Qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi Hacıbaba Hüseynov muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırmış, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmışdır. Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir”.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib