
Fevralın 24-də Milli Kitabxanada Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların iştirakı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – 30” adlı videokonfrans və Səkinə Turabqızının “Xocalı ağrısı: (tarixi esselər)” adlı kitabının onlayn təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq konfrans iştirakçılarını salamlayıb.
Daha sonra Xocalı faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Xocalı soyqırımı XX əsrin ən böyük faciəsi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qətliamdır. Azərbaycan xalqına qarşı zaman-zaman belə qətliamlar törədilib. XX əsrin sonunda, sivil bir dünya düzənində belə tükürpədici qətliamın, bəşəriyyətin qanını donduran soyqırımın baş verməsi ağlasığmazdır.
Bu gün bu faciə haqqında danışmaq çox çətindir.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunub və xocalıların qisası alınıb.
Xocalı faciəsi haqqında çoxsaylı kitabların işıq üzü gördüyünü söyləyən natiq Səkinə Turabqızının “Xocalı ağrısı: (tarixi esselər)” kitabının da belə əhəmiyyətli nəşrlərdən olduğunu vurğulayıb.
Kitab haqqında məlumat verən Milli Kitabxananın direktoru qeyd edib ki, Xocalı faciəsi haqqında çoxsaylı nəşrlərin olmasına baxmayaraq bu kitab fərqlidir. Belə ki, kitabda giriş hissədə Xocalı, onun tarixi haqqında məlumatlar verilir, eyni zamanda müəllif kitabda verilən ayrı-ayrı esselərdə Xocalı soyqırımı haqqında öz fikirlərini qeyd edir. Müəllifin tarixi faktlara əsaslanaraq xalqımızın böyük faciəsi – Xocalı soyqırımı haqqında tarixi esseləri, publisistik düşüncələri bədii sözün aynasında təqdim olunub.
Son olaraq professor Kərim Tahirov belə nəşrlərin belə nəşrlərin xarici dillərə tərcümə olunması məsələsinin əhəmiyyətini qeyd edib.
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək bildirib ki, Xocalı faciəsi bizim XX əsr tariximizin ən fəlakətli, ən dəhşətli, ən acınacaqlı səhifəsidir. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Milli Kitabxana hər ildönümü ərəfəsində əyani tədbirlər, geniş kitab sərgiləri, eləcə də kitab təqdimatları keçirir. Bu il də Milli Kitabxana olaraq Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilib. O, konfrans iştirakçılarına Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan Xocalı soyqırımımın 30 illiyinə həsr edilmiş təqdirlər, sərgilər, elektron məlumat bazası haqqında məlumat verib.
Tədbirdə Ağcabədi MKS-nin direktoru Məhəbbət Əliyeva, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, eləcə də Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova çıxış edərək Xocalı soyqırımına həsr edilmiş tədbirlərdən, eləcə də bu istiqamətdə Milli Kitabxananın hazırladığı elektron bazaların və pandemiya zamanı oxuculara, bölgələrdəki kitabxanalara göstərdiyi xidmət işinin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda “Xocalı ağrısı: (tarixi esselər)” kitabının müəllifi Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı Səkinə Turabqızı çıxış edərək ilk öncə belə tədbiri təşkil etdiyinə görə Milli Kitabxanaya, direktor Kərim Tahirova öz təşəkkürünü bildirib.
O bildirib ki, müəllifi olduğu “Xocalı ağrısı” kitabını qələmə alarkən tarixi faktlara əsaslanıb. Qeyd edib ki, “Xocalı ağrısı” kitabını qələmə alarkən çoxsaylı Xocalı şahidləri ilə görüşüb. Bu görüşlər zamanı daim onların necə erməni vandalizminə düçar olduqlarının, onlara qarşı ermənilərin necə vəhşicəsinə soyqırımı etdiklərinin bir daha şahidi olduğunu qeyd edib.







- 10:58 "Əbədi zirvə" adlı tədbir keçirilib
- 10:16 Tanınmış İtalyan pianoçu ilə ustad dərsi
- 09:45 Bu gün dramaturq Hikmət Ziyanın doğum günüdür
- 17:23 Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert keçirilib
- 17:11 Şüvəlan qəsəbə Mədəniyyət evində tədbir keçirilib
- 17:10 Azərbaycan mədəni irsi Aşqabadda beynəlxalq festivalda təqdim olunub
- 16:51 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 14:32 Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunacaq
- 11:55 Gənclər Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən elektron məlumat bazası hazırlanıb
- 11:08 Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib
- 10:51 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 10:49 SSRİ Xalq artisti Səid Rüstəmovun anadan olmasının 118 ili tamam olur
- 09:32 Azərbaycan Animasiya Assosiasiyası “Bum-Bum” adlı animasiya filminin istehsalına başlayır
- 09:23 Azərbaycanın Venesiyada ilk dəfə iştirak etdiyi Beynəlxalq Arxitektura Biennalesindən reportaj
- 23:00 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Kölgənin əzəməti” adlı sərgi təqdim edilib
- 20:59 “Köhnə Bakının rənglənmiş inciləri” adlı sərgi nümayiş olunub
- 13:04 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 21:11 "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı konfrans keçirilib
- 20:54 “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib
- 16:20 Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib
- 15:51 “Həyatla oyun” tamaşası nümayiş olunub
- 15:08 "Heydər Əliyev - Ata yolu" adlı film nümayiş olunub
- 14:06 A.İ.Babayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:04 “Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar” adlı mühazirə keçirilib
- 12:52 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib
- 11:22 Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb
- 11:05 Milli Kitabxanada “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb
- 10:34 "102 ilin zirvəsi: Heydər Əliyev əmanəti və gələcək nəsillər" adlı dəyirmi masa keçirilib
- 10:16 “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
- 09:39 Bu gün bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
- 09:29 Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır
- 09:15 Türkiyədəki Beynəlxalq İslam Sənətləri Sərgisində Azərbaycan geniş təmsil olunub
- 09:12 Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
- 17:41 Mədəni və yaradıcı sənaye sahələrinə dair 4 siyahı təsdiq olundu
- 17:13 Teatr Xadimləri İttifaqında gənclərlə görüş təşkil olunub
- 16:19 Milli Kitabxanada Ümummilli Liderə həsr olunmuş virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
- 15:32 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib
- 14:15 Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur
- 12:49 Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
- 12:15 Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
- 11:00 Bakı Uşaq və Gənclər Teatrı “Sevgi Şimşəyi” tamaşasını nümayiş etdirib
- 10:42 Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
- 09:54 Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
- 09:45 MDB-nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub
- 09:40 Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub
- 09:36 Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub
- 17:17 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilib
- 16:54 "Müasir Azərbaycan dövlətinin qurucusu- Heydər Əliyev " adlı dəyirmi masa keçirilib
- 16:38 Musiqi Məktəblərinin şagirdlərinin növbəti uğurları
- 15:28 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:20 Yasamal rayon Heydər Əliyev Mərkəzində şeir, inşa-yazı və rəsm müsabiqələrinin yekun seçim mərhələsi keçirilib
- 14:20 Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 12:24 Beynəlxalq Xalça Festivalı günlərində “Qayınana” filmi açıq havada nümayiş etdirilib
- 11:44 “Zübeydə” romanının təqdimatı keçirilib
- 11:32 Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb
- 10:58 Gənclər Kitabxanasında görkəmli alim Əkrəm Cəfərin xatirəsi anılıb
- 10:04 “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 09:20 ABŞ-da keçirilən sərgidə Azərbaycanın milli geyimi nümayiş olunub
- 09:15 “Səhra qartalı” kitabının təqdimatı olub
- 17:14 Türkiyədə “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib