XƏBƏRLƏR
MƏLUMAT
“Mənə sevgidən danış” kitabının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/10/2023 16:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında kitabxananın Fəxri oxucusu, şair Qadir Hüseynovun “Mənə sevgidən danış” şeirlər kitabının təqdimatı və müəlliflə görüş keçirilib.

İlk öncə vətən uğrunda canlarını qurban verən şəhididlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.           

Daha sonra şair haqqında qısa məlumat verilib, vurğulanıb ki, Qadir Hüseynov 1500-dən çox şeirin müəllifidir və şeirlərinin əsas mövzusu sevgidir.

Şair Qadir Hüseynov çıxışında tədbir iştirakçılarına öz minnətdarlığını bildirib və “Bu gün mən sizə qonaq gəlmişəm” şeirini səsləndirib.

Baxış sayı: 445