XƏBƏRLƏR
MƏLUMAT
Meksika mətbəxi - Tako
ÜMÜMİ XƏBƏRLƏR
04/12/2020 01:14

Tako - ənənəvi Meksika yeməyidir. Tako müxtəlif doldurmalar o cümlədən mal əti, toyuq əti, dəniz məhsulları, tərəvəzlər və pendir ilə hazırlana bilər.Tako ümumiyyətlə əl ilə yeyilir və salsa sousu, avokado və ya quakamole, silantro, pomidorlar, qiymə ət, soğan və kahı ilə müşayiət olunur.

Tərkibi:

250 qr. mal ətindən qiymə 

1 baş soğan

3 x.q zeytun yağı

1 pomidor

1 bolqar bibər

1 ç.q. tomat

Pendir (istədiyiniz holland pendiri)

Keşniş

Duz 1/2 ç.q

cirə

Pul bibər (acılığı özünüz təyin edin)

Quru sarımsaq tozu

Hazırlanması:

Soğanı kub şəklində doğrayıb qiymə ilə birliktə tavaya qoyun. Üzərinə zeytunyağı gəzdirib,qovurun. Pomidorun qabığını soyub, blendordan keçirib tomat əlavə edin. Bolqar bibəri kub şəklində doğrayıb ətə əlavə edin və ədviyyatları səpin.

Taco (qarğıdalı lavaşları) sobada 3-5 dəqiqə isidin. İsti olandan sonra əti içinə qoyun. Üsdünə sürtkəcdən keçirilmiş pendir səpib keşniş ilə bəzəyin.

Nuş olsun!

Baxış sayı: 1414