
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı həftə” çərçivəsində noyabrın 28-də Heydər Əliyev Mərkəzində işə başlayan Mədəniyyət və Yaradıcı Sənayelər Forumu noyabrın 29-da panel sessiyalarla işini davam etdirir. “Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka və oyun texnologiyaları” mövzusuna həsr olunan günün ilk paneli italiyalı mütəxəssis, "CultTech akselerator" layihəsinin nümayəndəsi Marino Pasqualenin moderatorluğu ilə gerçəkləşdi.
Paneldə çıxış edən Almaniyanın "3dots" şirkətinin təsisçisi Çağıl Özdəmir “Culttech” startaplarının texnologiya, mədəniyyət, ümumiyyətlə, cəmiyyət üçün əhəmiyyətini qeyd etdi. Dedi ki, startaplar sayəsində yaradıcılar və istehlakçılar potensial olaraq güclənərək mədəniyyətə kütləvi giriş təmin edə, yeni iqtisadi modelləri inkişaf etdirə bilərlər. Çünki iş dünyasının harada inkişaf etdiyini anlamaq, insanların gözləntilərini qarşılamaq və yeniliklərə hər zaman açıq olmaq zəruridir.
İtaliyanın “Mae" təşkilatının həmtəsisçisi və baş marketinq direktoru Egle Trovato da “Culttech” startaplarının əhəmiyyətini vurğuladı. Dedi ki, bu, adi startaplardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir: “Biz mühit yaradırıq ki, insanlar bir yerə toplaşsın, fikirlərini və ideyalarını bölüşsünlər. Məqsəd sadəcə biznes olmamalıdır, vacib məqamlardan biri olsa belə.
İlk əvvəl insanlar təşkil etmək istədikləri yeniliklər barədə fikir mübadiləsi aparmalı, yaradıcı təkliflər irəli sürməli və daha sonra addım atılmalıdır. Biz birlikdə bu sahə üzrə çağırışlara doğru getməliyik”. İtaliyanın “Proofcheck” startapının həmtəsisçisi Tara Veckovska Merrigan yaradıcı sənayenin geniş imkanlara sahib olduğunu dedi. Bildirdi ki, hazırda süni intellekt aktual mövzudur və bir sıra layihələrdə bizə kömək edir: “Lakin mən daha çox insanlarla ünsiyyətdə olmağa çalışıram. Çünki biz insanlarla və süni intellekt arasında bir tarazlıq yaratmalı, insanları qiymətləndirməyi bacarmalıyıq. Hazırda olduğumuz vəziyyətdən daha qabağa getmək, biliklərimizi artırmaq, insan və texnologiyanın gücü ilə yeniliklərə doğru addım atmaq mümkündür. Bəzi yerlər var ki, süni intellekt nəticəsində insanların həyatı asanlaşır, amma digər yerlərdə hələlik bu texnologiya üçün addım atılmayıb. Biz həyatımızı asanlaşdırmaq, həmçinin daha yaxşı şəraitdə yaşamaq üçün texnologiyanın imkanlarını öyrənməli və tətbiq etməliyik”. “Luxout" şirkətinin təsisçisi Səbinə Atayeva qeyd etdi ki, bir neçə il əvvəl əhali yerli model brendləri almaqdan çəkinirdi: “Artıq vəziyyət dəyişib. Hazırda müşahidə edirik ki, yerli brendlər əhali arasında çox populyardır. Bu, çox qürurverici haldır”. Panelin sonunda Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru Əminə Məlikova mərkəzdə təşkil olunan “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi haqqında məlumat verdi və iştirakçıları sərgini izləməyə dəvət etdi. Daha sonra qonaqlar sərgi ilə tanış oldular.




- 13:04 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 21:11 "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı konfrans keçirilib
- 20:54 “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib
- 16:20 Azərbaycan İstiqlal Muzeyində “Zəfər irsimiz dünəndən bu günə” adlı tədbir keçirilib
- 15:51 “Həyatla oyun” tamaşası nümayiş olunub
- 15:08 "Heydər Əliyev - Ata yolu" adlı film nümayiş olunub
- 14:06 A.İ.Babayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:04 “Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar” adlı mühazirə keçirilib
- 12:52 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib
- 11:22 Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb
- 11:05 Milli Kitabxanada “Cəfər Xəndan – 115” adlı kitab sərgisi açılıb
- 10:34 "102 ilin zirvəsi: Heydər Əliyev əmanəti və gələcək nəsillər" adlı dəyirmi masa keçirilib
- 10:16 “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
- 09:39 Bu gün bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
- 09:29 Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanır
- 09:15 Türkiyədəki Beynəlxalq İslam Sənətləri Sərgisində Azərbaycan geniş təmsil olunub
- 09:12 Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
- 17:41 Mədəni və yaradıcı sənaye sahələrinə dair 4 siyahı təsdiq olundu
- 17:13 Teatr Xadimləri İttifaqında gənclərlə görüş təşkil olunub
- 16:19 Milli Kitabxanada Ümummilli Liderə həsr olunmuş virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
- 15:32 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib
- 14:15 Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur
- 12:49 Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
- 12:15 Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
- 11:00 Bakı Uşaq və Gənclər Teatrı “Sevgi Şimşəyi” tamaşasını nümayiş etdirib
- 10:42 Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
- 09:54 Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
- 09:45 MDB-nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub
- 09:40 Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub
- 09:36 Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub
- 17:17 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilib
- 16:54 "Müasir Azərbaycan dövlətinin qurucusu- Heydər Əliyev " adlı dəyirmi masa keçirilib
- 16:38 Musiqi Məktəblərinin şagirdlərinin növbəti uğurları
- 15:28 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:20 Yasamal rayon Heydər Əliyev Mərkəzində şeir, inşa-yazı və rəsm müsabiqələrinin yekun seçim mərhələsi keçirilib
- 14:20 Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 12:24 Beynəlxalq Xalça Festivalı günlərində “Qayınana” filmi açıq havada nümayiş etdirilib
- 11:44 “Zübeydə” romanının təqdimatı keçirilib
- 11:32 Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb
- 10:58 Gənclər Kitabxanasında görkəmli alim Əkrəm Cəfərin xatirəsi anılıb
- 10:04 “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 09:20 ABŞ-da keçirilən sərgidə Azərbaycanın milli geyimi nümayiş olunub
- 09:15 “Səhra qartalı” kitabının təqdimatı olub
- 17:14 Türkiyədə “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib
- 17:13 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14:18 Bu gün Xalq artisti Ələddin Abbasovun anadan olmasının 103 ili tamam olur
- 14:12 “Mən qadınam” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
- 11:42 SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 115 ili tamam olur
- 11:18 "Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub
- 11:16 Gənclər Kitabxanasında Xalq artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi hazırlanıb
- 11:09 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçiriləcək
- 11:03 Əməkdar jurnalist Etibar Babayevlə görüş və “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın təqdimatı keçirilib
- 10:39 Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib
- 10:25 Bu gün görkəmli şair Əhməd Cavadın doğum günüdür
- 09:37 Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
- 09:36 Milli Kitabxanada “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:32 Milli İncəsənət Muzeyində “Ruhun sədası” adlı fərdi sərgi açılıb
- 09:26 Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
- 09:22 “Konstitusiya və Suverenlik İli” münasibətilə Qazaxıstanın Aktau şəhərində konsert təşkil olunub
- 21:50 Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib