XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət evində 27 sentyabr - Anım gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/09/2023 02:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində 27 sentyabr - Anım gününə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun misilsiz şücaəti sayəsində zəfərlə nəticələnən Vətən Müharibəsindən danışılıb, respublikamızda Anım Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamının tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi olduğu qeyd edilib.

Sonra vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Baxış sayı: 317