XƏBƏRLƏR
MƏLUMAT
Kulturologiya elmləri doktoru, professor İlqar Hüseynov
ÜMÜMİ XƏBƏRLƏR
14/02/2023 04:32

Azərbaycanda "Tətbiqi kulturologiya" elminin yaradıcısı İlqar Hüseynov 1965-ci il fevralın 14-də Lerik rayonunda anadan olub. 1994-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində və Bakıda (iki dəfə) kulturologiya üzrə namizədlik dissertasiyasını, 2004-cü ildə Bakıda kulturologiya üzrə doktorluq dissertasiyasını müdafiə edib, 2008-ci ildə kulturologiya elmləri doktoru elmi dərəcəsini, 2011-ci ildə professor elmi adını alıb.

2002-ci ildən 2014-cu ilədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya" kafedrasının müdiri işləyib. Beynəlxalq "XX əsrin gənc alimi" diplomuna və "Qızıl qələm" mükafatına layiq görülüb.

Kulturologiya üzrə mütəxəssis İlqar Hüseynov ailəlidir, iki övladı var.

İlqar Hüseynovun "Qədim dünya mədəniyyəti", "Kulturologiya tarixi", "Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili" və.s dərslik kitabları var.

Baxış sayı: 799