XƏBƏRLƏR
MƏLUMAT
"Kitablarda özünü tap" adlı layihə həyata keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/03/2023 07:41

Martın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əli Əmirov adına Mədəniyyət Sarayının təşkilatçılığı ilə Şamaxı Mədəniyyət Mərkəzində  “Heydər Əliyev İli”nə həsr olunmuş  Sarayın  dram dərnəyinin üzvü Şəbnəm Feyzilinin "Kitablarda özünü tap" adlı layihəsi həyata keçirilib.

Layihənin keçirilməsində məqsəd gənclərin özünüifadə bacarığının təkminləşdirilməsinə və onların vaxtını səmərəli şəkildə keçirilməsinə şərait yaratmaqdır.

Lahiyə çərçivəsində kitab sərgisi nümayiş olunub və intellektual yarış  keçirilib.

Yarışda qalib gələn "Diplomat" qrupuna müxtəlif bədii kitablar hədiyyə olunub.

Baxış sayı: 502