XƏBƏRLƏR
MƏLUMAT
K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/11/2021 05:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar həsr olunmuş konsert keçirib.

Nəzəriyyə şöbəsinin müəllimi Sevda Gərayeva 44 günlük İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyev başda olmaqla əsgərlərimizin qəhramanlığından tamaşaçılara məlumat verib.

Məktəbin xor kollektivi və şagirdlər geniş proqramla tamaşaçılar qarşısında çıxış edib.

Sonda məktəbin direktoru Əməkdar müəllim Fikrət Budaqov böyük qələbə münasibəti ilə müəllim, şagird və valideynləri təbrik edib.

Baxış sayı: 346