XƏBƏRLƏR
MƏLUMAT
“İstiqlala gedən yol” mövzusunda açıq dərs keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/01/2025 11:32

Dekabrın 15–də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 35- ci ildönümü ilə əlaqədar “İstiqlala gedən yol” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə Yasamal rayon 167 və 308 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Məktəblilərə öncə Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin  həyatının və ictimai–siyasi fəaliyyətinin müxtəlif dövrlərini, siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar və fotoşəkillər haqqında məlumat verilib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin əməkdaşı “20 Yanvar– hüzn və qürur günümüz” adlı mühazirə ilə çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin şərəfli səhifəsidir.

Açıq dərsdə 20 Yanvar faciəsi ilə bağlı tarixi hadisələrdən bəhs edən videoçarx nümayiş olunub, mühazirələr dinlənilib.

 

Baxış sayı: 76