XƏBƏRLƏR
MƏLUMAT
“İlin fəsilləri haqqında tapmacalar” adlı tədbir təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
23/11/2021 06:16

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının böyük kitabxanaçısı Afət Ağayeva oxucular ilə “İlin fəsilləri haqqında tapmacalar” adlı tədbir təşkil edib.

Əvvəlcə A.Ağayeva fəsillər haqqında məlumat verərək bildirib ki, ilin fəsilləri öz rəngarəng cəhətləri ilə bir-birindən fərqləniblər. Bir ildə dörd fəsil var, mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünüb, fəsillər bir-birini əvəz edib.

Kitabxanaçı oxuculara ilin fəsilləri haqqında tapmacalar söyləyib və kiçik yaşlı oxucular tapmacanın cavabını tapmağa çalışıblar.

Sonda uşaqlar fəsillərə aid tapmaca-şeirlər söyləyiblər.

Tədbirin video-görüntüləri aşağıdakı keçidlərdə yerləşdirilib:

https://www.instagram.com/tv/CWnBT2mAtjF/?utm_medium=copy_link

https://facebook.com/story.php?story_fbid=653910678938925&id=100029599969418 

Baxış sayı: 1235