Azərbaycanın ziyalı kişiləri ilə yanaşı, maarifpərvər qadınları da xalqımızın savadlanması və milli məfkurənin oyanması üçün əvəzsiz xidmətlər göstəriblər. Azərbaycançılığın inkişafına və təbliğinə öz töhfəsini verən bu cür vətənpərvər qadınlarımızdan biri də dövrünün görkəmli ictimai xadimi, ziyalı zümrəsinin ən məşhur qadın təmsilçisi, xeyriyyəçi və maarifçi Həmidə Cavanşir olub.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlib. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə”dən ən məşhurunu - "Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət” mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər” məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşünə malik olub. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etməyə başlayıb. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə ərə gedərkən bu izdivac çoxlarına xoş getməyib və nikah onun əsilzadə nəslinə yaraşdırılmayıb. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin”in isə xeyirxah himayədarı olub. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir Mirzə Cəlillə 25 il məhəbbət və qarşılıqlı ehtiramla ömür sürüb. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olub. Bu böyük insanı daim nikbin ovqata kökləyib. Onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərib.
Tarix Həmidə xanım Cavanşiri böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, bütün Qarabağın ona kömək üçün pənah gətirən insanların əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alıb. Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayır: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhmətimi mütəhəmmil olublar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar. Öz evlərində mənzil verdilər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim”.
Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və burada dərs deyib. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilib. Ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini də böyük ustalıqla qələmə alıb. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub. Sağlığında insanlara yardımçı olan, onların problemlərini həll edən Həmidə xanımın Kəhrizlidəki evi bu gün də qayğıya möhtac olan məcburi köçkünlərin sığınacaq, daldalanacaq yeridir.
- 16:43 “Qarabağ -Zəfər tariximiz” adlı tədbir keçirilib
- 16:04 Kitabxanada görüş keçirilib
- 15:37 Qaradağ rayon Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib
- 14:59 “Yuxu” filmi nümayiş olunub
- 11:18 “Sən ki, ölməmisən, sağsan şəhidim” adlı söhbət keçirilib
- 09:17 “ХХ Baku Jazz Festival” çərçivəsində “Çikaqo” müziklinin premyerası olub
- 17:30 “Suverenliyimiz əbədidir” mövzusunda açıq dərs keçirilib
- 16:00 Azərbaycan Brüsseldə beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 14:20 Bakıda “Uşaq İncəsənət Festivalı 2025”in final mərhələsi üzrə dinləmələr davam edir
- 09:08 ХХ Bakı Caz Festivalı çərçivəsində gənc musiqiçilərin konserti keçirilib
- 15:13 Türk ölkələri kinematoqrafçıları birləşir
- 14:35 Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
- 11:49 “Yaşıl çəmən” ekran əsəri qısa film laboratoriyasının ikinci mərhələsinə seçilib
- 11:26 “Yaddaş sarayları” sənədli filminin dünya premyerası reallaşıb
- 09:03 “Füyuzat” jurnalının 145-ci nömrəsi işıq üzü görüb
- 16:09 “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsi elan olunur
- 14:35 Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
- 12:48 Zəfər Günü münasibətilə tədbir keçirilib
- 11:26 Daşkənddə Azərbaycan dekorativ sənət ustasının fərdi sərgisi açılıb
- 09:29 “XX Baku Jazz Festival” çərçivəsində JAZZ & AI müzakirə paneli təşkil olunub
- 17:27 Baş İdarənin tabeliyində olan müəssisələr üçün təlim keçirilib
- 16:52 “Hadrut sən azadsan!” filmi nümayiş olunub
- 11:48 Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi anılıb
- 11:16 Görkəmli dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyi qeyd olunub
- 10:35 Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsi keçirilib
- 09:27 Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib
- 09:19 Ölkəmiz Lüksemburqda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tədbirlərində təmsil olunub
- 12:47 Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
- 11:50 Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib
- 10:57 Milli Kitabxanada biblioqrafiyaşünas-alimə həsr olunmuş kitab sərgisi açılıb
- 09:21 Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb
- 15:43 Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:40 Prezident Kitabxanasında “Üzeyir Hacıbəyli” layihəsinin təqdimatı olub
- 12:03 Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olunub
- 10:57 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb
- 10:52 Vokal ixtisası üzrə ustad dərsi
- 10:19 "Qonağımız var" layihəsinin növbəti qonağı Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov olub
- 09:48 İstanbuldakı Türkiyə-Azərbaycan Teatrı mövsümün açılışını Bəxtiyar Vahabzadəyə həsr edib
- 09:39 Moskvada "İRS-Miras" jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:31 “Çikaqo” müzikli ХХ Bakı Caz Festivalının məğzi olacaq
- 17:09 208 nömrəli tam orta məktəbdə açıq dərs təşkil olunub
- 16:15 Dövlət Akademik Filarmoniyasının kollektivi Şanxay Beynəlxalq İncəsənət Festivalında çıxış edib
- 15:00 Türk gənclərinin şeirləri “Ulduz”un yeni nömrəsində
- 14:18 Dövlət Uşaq Filarmoniyasının Çanaqqala Barış Xoru ilə birgə konserti
- 12:25 Milli Kitabxanada “Süleyman Sani Axundov – 150” adlı sərgi açılıb
- 11:30 İstiqlalçılıq və türkçülük timsalı - Xəlil Rza Ulutürk
- 09:20 Üzeyir Hacıbəyli haqqında biblioqrafik nəşrin və elektron toplunun təqdimatı
- 14:44 “Yaddaşlarda yaşayan Osman Sarıvəlli” adlı tədbir keçirilib
- 13:51 Klarnet ixtisası üzrə ustad dərsi
- 12:58 Rəqs ixtisası üzrə ustad dərsi
- 12:54 Xırdalanda fortepiano ixtisası üzrə ustad dərsi
- 12:47 Baş İdarənin tabeliyində olan müəssisələr üçün təlim keçirilib
- 11:10 Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açılıb
- 09:20 “Səbrin intiqamı” kitabının təqdimatı olub
- 09:18 Avstriya mətbuatında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə məqalə dərc olunub
- 08:29 "Mənim azad Vətənim" adlı bayram tədbiri keçirilib
- 08:10 18 oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
- 07:52 18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
- 17:03 Mədəniyyət, Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib
- 15:21 Saz ixtisası üzrə ustad dərsi