XƏBƏRLƏR
MƏLUMAT
F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi “Azərbaycan qarmonu” adlı konsertdə çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2022 07:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi Dünya Akkordeon konfederasiyasının Azərbaycan nümayəndəsi S.Köçərlinin dəvəti ilə Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinin direktoru Nəcibə Zeynalovanın təşkilatçılığı ilə Ceyranbatan qəsəbə Mədəniyyət Mərkəzində Dünya Akkordeon Gününə həsr olunmuş  “Azərbaycan qarmonu” adlı konsertdə çıxış edib.

Konsertdə F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin qarmon müəllimi K.Novruzbəyovanın şagirdləri Edelya Qasımzadə, Sabir Quliyev və onları nağarada müşayiət edən IV sinif şagirdi Vüsal Zalov iştirak edib. Şagirdləri konsertmeyster Şəlalə Qəhrəmanova müşayiət edib. Şagirdlər Z.Bağırovun Rapsodiyasını, A.Bəbirovun  Konsert-pyesini və duet şəklində Z.Mirzəyevin “Arifi” rəqsini ifa ediblər. İştiraklarına görə məktəbin şagirdləri Edelya Qasımzadə, Sabir Quliyev Diplomlarla təltif olunublar.

Tədbirdə münsif qismində Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Zakir Mirzəyev, Pedoqoji elmləri doktoru, professor Fərahim Sadıqov, Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının ixtisas not müəllimi Xeyrulla Dadaşov, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, musiqiçi Abbasqulu Nəcəfzadə, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Sərxan Abıyev və s. incəsənət xadimləri iştirak ediblər.

Baxış sayı: 227