XƏBƏRLƏR
MƏLUMAT
Filarmoniyada “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert olub
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2025 09:20

Filormaniyadan AZƏRTAC-a bildirilib ki, dirijor Əyyub Quliyevin rəhbərliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının Simfonik Orkestri və Xor kollektivinin müşayiəti ilə solistlər - Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Fəridə Məmmədova, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva və Xəyal Hüseynov, Tural Agasıyev, Atəş Qarayev, Aydan Quliyeva, Taleh Yahyayev, Səma Həmzəyeva, Anton Ferştandt, Rəvanə Əmiraslanlı, İlkin Əhmədov, Fəhmin Əhmədli, Fatimə Cəfərzadə, Əkrəm Poladov dinləyicilər qarşısında çıxış ediblər.

Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

Baxış sayı: 20